İşçi məzuniyyət zamanı əmək qabiliyyətini itirərsə, məzuniyyət günləri artırılmalıdır?

İşçi məzuniyyət zamanı əmək qabiliyyətini itirərsə, məzuniyyət günləri artırılmalıdır?

Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında

Sual: Məsələ belədir. Tutaq ki, işçi mayın 18-dən iyunun 14-nə kimi məzuniyyətdədir. (21 əsas, 6 staj və 1 bayram günü). İşə çıxma tarixi qeyri iş günlərinə təsadüf etdiyindən əmrdə 20 iyun göstərilib. Yəni sonra gələn həftənin 1-ci iş günü.  Amma işçi məzuniyyətin ortasında bülleten açdırdı və üst-üstə düşən 8 təqvim günü müddətində məzuniyyət uzaldılmalıdır. Həmin 8 gün iyun ayının 15-dən sayılmalıdır, cünki bülletendə qeyri-iş günü anlayışı yoxdur. Fikrinizi bilmək maraqlıdır.
Gülarə xanım

Cavab: Sualınızda göstərilən məsələ ilə bağlı Əmək Məcəlləsinə və digər normativ aktlara nəzər yetirməliyik. Əmək Məcəlləsində işçinin əmək məzuniyyəti dövründə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə əmək məzuniyyətinin həmin müddətdə uzadılmasına rast gəlinmir. Bu, bir az məntiqsiz olardı. Belə ki, işçi əmək məzuniyyətində ola bilər və məzuniyyətdə olanda xəstələnı və sağala bilər. Bu məsələnin işəgötürənə heç bir aidiyyəti yoxdur. Çünki işçi onun onun günahı ucbatından işçi xəstələnməyib ki, əlavə məzuniyyət verilsin və ya məzuniyyət müddəti uzadılsın.
Azərbaycan Respublİkası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 saylı “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə qaydalarda yazılıb:

  1. Növbəti məzuniyyət (əsas və yaxud əlavə məzuniyyət) zamanı xəstəlik və ya zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, təqdim olunmuş xəstəlik vərəqəsinə əsasən işçinin əmək qabiliyyətini itirdiyi iş günləri üçün verilir.

Qaydalardan da görünür ki, məzuniyyət dövründə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinat hesablanılır və ödənilir, amma əmək məzuniyyətinin həmin dövr qədər uzadılmasından danışılmır.

Satışda olan nəşrlərimiz:  

1) Əmək Münasibətləri: A-dan Z-yə

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabının yeni, 6-cı təkmilləşdirilmiş nəşri çapdan çıxıb. İnsan resursları (HR) üzrə mütəxəssislər və mühasiblər üçün nəzərdə tutulan nəşrdə 15 fevral 2018-ci il tarixinədək Əmək Məcəlləsində edilən dəyişikliklər və əlavələr, eyni zamanda əmək münasibətlərini tənzimləyən bütün normativ-hüquqi aktların yeni tələbləri nəzərə alınıb.  Nəşrə 3 yeni fəsil əlavə olunub. 
Əmək Məcəlləsinin 77-ci maddəsinə edilən əlavə və dəyişikliklər misallarla izah olunub, işçilərin sayının azaldılması və ya ixtisarı məqsədilə əmək müqavilələrinə xitam verilməsi zamanı işçilərə iş stajlarına uyğun müavinətlərin ödənilməsinin rəsmiləşdirilməsilə bağlı xəbərdarlıq (bildiriş), əmr və ərizə nümunələri verilib.

2)  Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

 

3) Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu
 
“Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

4) MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Sifariş: (050) 368 12 72, (012) 564 86 85, [email protected]

 

0 Komment

    Şərh yazın

    Xəbərlər