Bir iş yerində iki fərqli funksiya əvəzçilikdir?

Bir iş yerində iki fərqli funksiya əvəzçilikdir?

mks.az-ın eksperti, Sərbəst auditor Altay Cəfərovun təqdimatında

Sual: Salam.Sizə sualım olacaqdı. İşçi iş vaxtı bitdikdən sonra əsas iş yerində, ayrı bir işlə işləsə bu, əvəzçilik sayılır?

Nurlan Arifovic

Cavab: Sualı cavablandırmaq üçün Əmək Məcəlləsinə müraciət etməliyik. Məcəllənin 58-ci maddəsində yazılmışdır:

Maddə 58. Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi

  1. Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərindədə əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan ikinciiş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır.
  2. Əvəzçilik üzrə iş vaxtının müddəti bu Məcəllənin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir.
  3. İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərindəişləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər.

58-ci maddənin 1-ci bəndinə diqqətlə nəzər yetirək. İşçi əsas iş yerində iş vaxtından sonra işləyə bilər. Əlbəttə ki, əmək müqaviləsi buna imkan verməlidir. Məsələn, gündəlik 8 saat işləyir və işəgötürənin razılığı ilə əlavə 2 saat da işləyə bilər və buna görə əlavə əmək haqqı da alacaq. Amma belə işləmək əvəzçilik sayılmır.

Maddənin 1-ci bəndinin davamına baxsaq görərik ki, əvəzçilik olması üçün işçi başqa işəgötürəndə işləməli və əmək müqaviləsi bağlamalıdır. Maddənin 1-ci bənində nəzərdə tutulan işçinin əsas iş yerində əsas iş vaxtından sonra işləməsi halı sizi çaşdırmasın, buna əvəzçilik deyilmir. Əvəzçilik əlavə iş yeri sayılır və bunun üçün başqa əmək müqaviləsi bağlanılmalıdır.

 

5 Komment

  1. Cavid 17 Dekabr 2018

    Salam.Mən 2010-cu ildən 2012 ilədək analıq məzuniyyətində olan müəllimin yerinə işləmiŞəm.Daimi iş yerim yoxuydu.2012 ci ildə müddətsiz müqavilə bağlanıb.2010-2012 işlədiyim dövr menim əmək stajım sayılırmış?

  2. Mahmud Mahmudov 12 Sentyabr 2019

    Mən şıxsi müəsisə MMC -nin icraçı direktoruyam. Saat 6-dan sonra görülən işlər barədə hesabat götürürəm gəlir az olduğundan əmək haqqida aşağıdı. Əmək haqqı ilə bağlı ödəmələr sosial müdafiyə fonduna ödənilir. Müəsisə qeyditatdadı. İxtisasım üzrə digər müəsisədə işləmək istəyirəm. Əməj məcəlləsinin 58- maddəsi buna icazə verir. Bilmək istətirəm ikinci iş yerimdə əmək haqqi alarkən sosial odəmələr necə hesablanmalıdı? Hər iki müəssədə ayri ayrılıqda sosial ödəmələr ödənilməlidir? Xaiş edirəm qanunla icazə verilən qaydanı izah edəsiniz. Əvvəlcədən pz təşəkkürümü bildirirəm

  3. Cəlil 06 Mart 2020

    Salam yazınızı maraqla oxudum. 58-ci maddənin 1-ci hissəsində qeyd olunan Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində … əmək fəaliyyəti ilə məşğul ola bilər. Əsas iş yerində işləyən 1 işçinin həmin əsas iş yerində əlavə əmək fəaliyyəti ilə məşğul olmasının hansı hüquqi xüsusiyyətləri və sənədləşdirmə prosedurları mövcuddur? (iş vaxtının müddəti, əmək müqaviləsi bağlanmalıdır mı? Əmək müqaviləsi bağlanılarsa, elektron hökümət portalında necə daxil etmək olar? Çünki bir əsas iş yeri göstərilməlidir və gündəlik vaxtı norması ƏM-ə görə 8 saat (həftəlik 40 saat) olur.)

  4. Ramin 20 May 2020

    Salam. Səhiyyə müəssəsində əsas iş yeri üzrə növbəli işdə işləyən işçi başqa səhiyyə müəssəsində əvəzçilik üzrə hansı qaydada işləyə bilər və bu müqavilədə iş rejimi necə göstərilməlidir?

  5. Rəfsil 12 Aprel 2021

    əvəzçiliklə işlədiyi yerdə maddi məsul şəxs təyin edilə bilərmi?

Şərh yazın

Xəbərlər