30 gün və 21 gün məzuniyyət məsələsi necə tənzimlənməlidir?

30 gün və 21 gün məzuniyyət məsələsi necə tənzimlənməlidir?

"Əmək Münasibətləri: A-dan Z-yə" kitabında bu məsələnin izahı

Məsələn, məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla
işəgötürən tərəfindən müəyyən edilir) çalışan dövlət qulluqçuları, müəssisənin rəhbər işçiləri və mütəxəssisləri sətri konkret deyil. Bu məsələ təşkilatlarla nəzarət orqanları arasında çox mübahisə doğurur. Bu sətirdə nəzərdə tutulan vəzifələri mümkün qədər aydınlaşdırmağa çalışaq. Başlayaq məsul vəzifələrdə çalışan dövlət qulluqçularından. Dövlət qulluğunu tənzimləyən bir çox normativ hüququ akt var.
Dövlət qulluqçuları nazirlik, dövlət komitəsi, fond və dövlət idarələrində çalışırlar. Dövlət qulluqçuları üçün təsdiq olunmuş ştat cədvəllərində vəzifələr konkret göstərilib. Həmçinin, onların Vahid Tarif-Sorğu kitabçaları var ki, onun köməyilə məsul vəzifəni müəyyən etmək mümkündür.
Müəssisənin rəhbər işçiləri kimlərdir?

Misal. Təşkilatda aşağıdakı vəzifələr var:

- Direktor;

- Direktor müavini;

- Baş mühasib;

- Mühasib;

- Kadrlar şöbəsinin rəisi;

- Kadrlar şöbəsinin müfəttişi;

- Uçot şöbəsinin rəisi;

- Uçot şöbəsinin müfəttişi;

- Fəhlələr;

- Elektrik;

- Mexanik;

- Mühəndis;

- Satış üzrə agentlər;

- Proqramçılar.

Siyahıda göstərilən işçilərdən aşağıdakılara əmək məzuniyyəti 30 təqvim günü müddətində verilməlidir: direktor, direktor müavini, baş mühasib, kadrlar şöbəsinin rəisi, uçot şöbəsinin rəisi. Çünki onlar konkret rəhbər işçilərdir. direktor bütün müəssisəyə, baş mühasib və qalan şöbə rəisləri də şöbələrinə rəhbərlik edirlər, ona görə həmin rəhbər işçilərə 30 gün əmək məzuniyyəti verilməlidir.
Aşağıdakı işçilərə də əmək məzuniyyəti 30 təqvim günü müddətində verilməlidir:
Mühasib, kadrlar şöbəsinin müfəttişi, uçot şöbəsinin müfəttişi, elektrik, mexanik, mühəndis, proqramçılar. Çünki bu işçilər mütəxəssislərdir. Mütəxəssis anlayışı geniş mənalı olduğundan adətən mübahisə də bu məsələ üzərində baş verir. vəziyyətdən çıxış yolu kimi sadə bir formul təklif edirik. Əgər həmin vəzifəni yerinə yetirən işçinin əmək funksiyalarını istənilən vətəndaş bilmirsə, demək o, mütəxəssisdir. Məsələn, mühasibin işini aparmaq üçün ən azı mühasibat uçotunu bilən mütəxəssis lazımdır.
Digər vəzifələr də onun kimi. Mühasib barədə dediklərimizi elektrikə, mühəndisə, mexanikə də şamil etmək olar.
Aşağıdakı işçilərə isə əmək məzuniyyəti 21 təqvim günündə az olmayan müddətdə verilməlidir: Fəhlələr, satış üzrə agentlər. İstənilən vətəndaş fəhlə və yaxud satış agenti işləyə bilər. Bunun üçün mütəxəssis olmağa ehtiyac yoxdur.

 

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

12 Komment

  1. Elvin İbrahimov 06 Mart 2019

    Salam, özəl formada fəaliyyət göstərən tədris kursunda işləyən müəlliməyə neçə gün məzuniyyət günü qeyd etmək düzgün olar?

  2. Sənubər 05 İyul 2021

    Zəhmət olmasa, yazardız şirkətdə işləyən xəzinədarın məzuniyyəti necə gun olmalıdır?

  3. Əhmədov Aqil Zakir 01 Dekabr 2021

    Salam. Mən rayon icra hakimiyyətində baş məsləhətçi vəzifəsində işləyirəm. 44 günlük Vətən mühariəsində iştirak edib, "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunmuşam. Bilmək istəyirəm Əmək məcəlləsinin 120 maddəsində məzuniyyət hüququ 46 gündən az olmamamalıdır bəndi mənə aiddirmi.. Təşəkkür edirəm

  4. Şəlalə 18 Fevral 2022

    Salam.Universitetdə mühasibatlıqda əməliyyatçı işləyirəm. 34 il iş stajım var. Mənə neçə gün əmək məzuniyyəti verilməlidir? Əvvəlcədən təşəkkür.

  5. Bəxtiyar Əliyev 12 Mart 2022

    Salam mən elektirik avadanlıqları istesal olunan zavodda usta vəzifəsində çalışıram mənim minimum mezuniyet günü necə gün olmalidir

  6. Almas Rzayeva 11 Aprel 2022

    salam.Mən 20 ildir ki, Yardımçı dövlət quııuqçusuyam.vəzifəm Böyük mütəxəssis inspektordu. Mənim əmək məzuniyyətim neçə gün olmalıdır.

  7. Anar 11 May 2022

    Salam. Men neft qaz qeyri dovlet sektorunda işleyirem. Boru kemerleri quraşdırıcısı. Menim mezuniyyetimin esas hissesini 21 gün hesablayılllarbu doğrudur? Men adi fehle deyilem. İse girende imtahan. Vermişem certyojdan qazla kesmeden.

  8. Gunel Əliyeva 27 May 2022

    Salam. İşçi 01.09.2021-ci il tarixdən fəhlə vəzifəsində işləmiş, əmək məzuniyyətinin əsas hissəsi 21 təqvim günü təşkil etmişdir. O fəhlə vəzifəsindən mütəxəssis vəzifəsinə keçir və qrafik üzrə növbəti ayda əmək məzuniyyətindən istifadə etməlidir. İşçiyə bu iş ili üçün nə qədər əmək məzuniyyət verilməlidir. 21 yoxsa 30 təqvim günü??? Əsaslandırmanızı xahiş edirəəm.

  9. Murad 02 İyun 2022

    Salam mən Kimya-Metallurgiya sənayesi olan müəssisədə Şöbə rəisi işləyirəm.1il 3aydır.Amma bundan əvvəlki iş yerimdə metallurgiya müəssisəsində 15 ildən artıq mühəndis və rəis müavini vəzifəsində isləmişəm.Mənə indi küəssisəmdə 15 aya 42 gün məzuniyyət günü hesablanıb.Bunu doğru hesablayıblarmı?

  10. Əliş Rehimli 19 İyul 2022

    Salam adim eliş rehimli men kend tesarufatinda agronom komekcisiyem işlediyim yerde 3 il iş stajim var mene nece gun mezuniyet verilmelidir

  11. Mardi 07 Sentyabr 2022

    Salam men 26 ildir Melorasiya ve su teserufatlnda işleyirem menim mezuniyyet gunlerim ne qeder olar?

  12. Rəqqa 18 Aprel 2023

    Kargüzarın əmək məzuniyyəti neçə gündür? 2 ildir işləyirəm.

Şərh yazın

Xəbərlər