Yoxlama zamanı Dövlət Əmək Müfəttişliyinə hansı sənədləri təqdim etməliyik?

Yoxlama zamanı Dövlət Əmək Müfəttişliyinə hansı sənədləri təqdim etməliyik?

Yoxlama zamanı işəgötürənlərin müfəttişlərə hansı sənədləri təqdim etməyə borclu olduqları da təcrübədə ən çox rast gəlinən suallardandır.
Bəzən yoxlamaya gələn DƏMX-nin vəzifəli şəxsləri deyirlər ki, biz hər bir sənədi yoxlaya bilərik.
 Ancaq bu, belə deyil. Bu zaman işəgötürən müfəttişlərə hüqüqları və vəzifələri təsbit olunmuş müvafiq normativ aktları göstərməli və məhz bundan irəli gələn sənədləri təqdim etməyə borclu olduğunu bildirməlidir. Təbii ki, Xidmətin vəzifəli şəxsləri tələb edərlərsə, işəgötürən əmək qanunvericiliyi ilə bağlı olan bütün sənədləri təqdim etməyə borcludurlar.
 
Bu sənədlərə:
- Əmək müqavilələri;
- İşçilərin işə qəbulla bağlı yazdıqları ərizələr;
- İşçilərin işə qəbul olunması ilə bağlı əmrlər;
- İşçilərin məzuniyyət ərizələri;
- Məzuniyyətlə bağlı əmrlər;
- Məzuniyyətlərin hesablanılması sənədləri;
- Məzuniyyətlərin ödənilməsi sənədləri;
- Tabellər;
- Əməkhaqqı cədvəlləri;
- Əməkhaqqının ödənilməsi sənədi (bu sənəd kassaya aiddir və işəgötürən kassadan ancaq əməkhaqqının ödənişi ilə bağlı olan sənədi təqdim edə bilər, qalan kassa sənədlərini təqdim etməməlidir);
- Əmək kitabçalarının dodurulması;
- Əmək kitabçalarının təminatı məsələləri;
- Əmək kitabçalarının qeydiyyatı kitabları;
- İşçilərin Sosial Sığorta Şəhadətnaməsi ilə təmin olunması məsələlərini əhatə edən sənədlər (nəzərə alın ki, bununla bağlı DƏMX-in cərimə tətbiq etmək hüququ yoxdur);
- İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası ilə sığortalanması məsələləri və bununla bağlı olan sənədləşmələr;
- İşçilərin işdən çıxması ilə bağlı olan ərizələr, əmrlər;
- Əmək müqavilələrinin bütün maddələrinin düzgün olaraq rəsmiləşdirilməsi məsələlərini əhatə edən sənədlər;
- İşçilərin əməyin mühafizəsi ilə bağlı tədbirlərin faktiki oalaraq görülüb-görülməməsi məsələləri (məsələn, hər hansı bir istehsalat müəssisəsidirsə, orada artıq yerində baxış keçirirlər);
- İşçilərin əmək şəraitinin ağır və zərərliliyi ilə bağlı olan təminatlarının araşdırılması;
- İşçilərin attestasıyası ilə bağlı olan əmrlər, protokolar, komissiyanın qərarları;
- İş yerlərinin attestasıyası ilə bağlı olan əmrlər, protokollar, qərarlar;
- Müqaviləsi olmayan işçinin olub-olmaması məsələlərinin araşdırılması;
- İş yerlərinin normativ qaydalara uyğunluğunun yerində baxış keçirilməklə yoxlanılması;
- Texniki təhlükəsizlik təlimatlarının olub-olmaması məsələləri;
- İşçilərin əmək funksiyalarının əmək müqaviləsində tam əks olunması və yaxud da əlavə təlimatların olub-olmaması məsələləri;
- Texniki təhlükəsizlik üzrə təlimatlandırma jurnalı;
- Texniki təhlükəsizlik üçün cavabdeh işçinin əmrinin olub-olması məsələsi;
- İstehsalatda bədbəxt hadisə və peşə xəstəliyinin qeydiyyatı jurnalının vəziyyəti məsələsi;
- Xarici vətəndaşların işə qəbul olunması ilə bağlı olan bütün sənədləşmələr və sair.
 
Bu siyahını uzatmaq da olar. Sadəcə, yuxarıdakıları sadalamaqda məqsədimiz odur ki, DƏMX-nin vəzifəli şəxsləri əmək qanunvericiliyi ilə bağlı olan bütün ilkin sənədləri, sənədləşmələri tələb edərlərsə, onları təqdim etmək, eyni zamanda, yerində bunun reallığını yoxlamaq istəyərlərsə, onlara şərait yaratmaq lazımdır.

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın

    Xəbərlər