Hansı halda işçini iş vaxtı ərzində işdən kənar etmək olar?

Hansı halda işçini iş vaxtı ərzində işdən kənar etmək olar?

Təcrübə göstərir ki, əmək müqaviləsi bağlandıqdan sonra müqavilədən kənar hadisələr baş verir. Belə hallardan biri də işçinin işdən kənarlaşdırılmasıdır. Bu, işçinin işdən çıxarılması kimi başa düşülür. Ancaq belə deyil. İşçinin iş yerindən müəyyən müddətə uzaqlaşdırılması onun əmək funksiyalarını yerinə yetirməsindən müvəqqəti kənarlaşdırılması kimi başa düşülməlidir.
 Təşkilatın rəhbəri, yəni işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. Bu hallar əsasən aşağıdakılardır:
1. İşçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək işə gəldikdə, habelə iş yerində həmin içkiləri və ya maddələri qəbul etdikdə;
2. Ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərlə əmək müqaviləsi bağlanılarkən onların hökmən ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı icbari tibbi müayinələrdən keçməsi işəgötürənin hesabına təmin edilməlidir. İşçilər icbari tibbi müayinələrdən keçməkdən
boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən, həkim komissiyasının verdiyi tövsiyələri yerinə yetirmədikdə;
3. İşçi iş vaxtında iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai təhlükəli əməlləri törətdikdə.
 

0 Komment

    Şərh yazın

    Xəbərlər