Hamilə qadınlar və yaşyarımadək uşağı olan qadınların iş vaxtlarının azaldılması necə rəsmiləşdirilməlidir?

Hamilə qadınlar və yaşyarımadək uşağı olan qadınların iş vaxtlarının azaldılması necə rəsmiləşdirilməlidir?

 

Qeyd edək ki, hamilə qadınlar və yaşyarımadək uşağı olan qadınların iş vaxtı 36 saatdan çox olmamalıdır. Əvvəlcə belə işçilərin hansı sənədləri təqdim etmələrinə baxaq. Bəzən təşkilatlarda hamiləlik və doğuma görə məzuniyyət müddətini və qadının hamiləlik dövrünü qarışdırırlar. Qadının hamiləlik dövrü onun hamiləlik və doğuma görə məzuniyyət müddəti başlayanda bitir.

Qadın işçi qeydiyyatda olduğu tibb müəssisəsindən iş yerinə arayış təqdim etməlidir ki, həqiqətən də hamilədir və bu hamiləlik müddəti hamiləlik və doğuma görə məzuniyyət müddəti başlayana qədər davam edir. Təbii ki, hamiləlik və doğuma görə məzuniyyət müddətininin başlanması həmin qadın işçinin qeydiyyatda olduğu tibb müəssisəsindən iş yerinə xəstəlik vərəqəsini təqdim etməsi ilə başlayır.

 

Bununla bağlı bir misalı nəzərdən keçirək. Tutaq ki, təşkilatda gündəlik normal iş vaxtı 8 saat, həftəlik iş vaxtı isə 40 saatdır. Müəssisədə beşgünlük iş həftəsidir. Təşkilatda işləyən qadın işçi tibb müəssisəsindən arayış təqdim edir ki, həqiqətən də hamilədir. Bu zaman işəgötürən həmin işçinin həftəlik iş vaxtını qısaldaraq 36 saatdan çox olmamaqla işə cəlb etməlidir. Demək işçini 36 saatdan az olmaqla da işə cəlb etmək olar. Təcrübədə adətən, hamilə qadınların gündəlik normal iş vaxtı 1 saat qısaldılır. Bu halda artıq beşgünlük iş həftəsi olan müəssisələrdə həftəlik iş vaxtı 5 saat, altıgünlüklürdə isə 6 saat qısaldılır. Bizim misalda həftəlik iş vaxtı beşgünlük olduğundan hamilə qadın 35 saatlıq iş həftəsilə təmin olunacaq.

 

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

-------------------------------------

0 Komment

    Şərh yazın

    Xəbərlər