Xaricə müalicəyə getmiş şəxs üçün müavinət hesablandıqda DSMF hansı sənədi tələb edir?

Xaricə müalicəyə getmiş şəxs üçün müavinət hesablandıqda DSMF hansı sənədi tələb edir?

 

«Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müa vinətın hesablanılması və ödənilməsi haqqında Əsasnamə»dən:

 

Sığortaolunana respublikadan xaricdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlər yaşayış və ya iş yeri üzrə müalicə - profilaktika idarələri tərəfindən xəstəlik vərəqələri ilə əvəz olunur, iş yerində ümumi əsaslar üzrə sığortaolunana müavinət təyin edilir və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada ödənilir.

Belə hallara təcrübədə tez-tez rast gəlinir. Məsələn, vətəndaş İran İslam Respublikasında əməliyyat olunub və bir müddət əmək qabiliyyətini müvəqqəti itirib. Sonrada həmin şəxs iş yerinə gələrək fars dilində yazılmış arayışı müəssisəyə təqdim edərək müavinət tələb edir. Əlbəttə ki, işçinin müavinət tələb etmək hüququ var. Amma bunun üçün əvvəlcə bir neçə mərhələdən keçməlidir. İrana getməmişdən işçi yaşayış yeri üzrə poliklinikada uçota alınmalıdır. Poliklinikanı məlumatlandırmalıdır ki, əməliyyat üçün xarici ölkəyə gedəcək və ya hansısa xəstəlikdən müalicə olunacaq. Bundan sonra həmin şəxs müalicə və ya əməliyyat üçün xaricə gedə bilər. Xaricdən qaydıtdıqdan sonra isə İran xəstəxanasından aldığı arayışı azərbaycan dilinə tərcümə və notarial qaydada təsdiq etdirməlidir. Sonra arayışın əslini tərcümə olunmuş variantla birgə uçotda olduğu poliklinikaya təqdim etməlidir. Bundan sonra poliklinika arayışı xəstəlik vərəqəsi ilə əvəz etməli və orada yazılmalıdır ki, işçi hansı müddətdən hansı müddətə kimi əmək qabiliyyətini müvəqqəti itirib.

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

-------------------------------------

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər