Əmək müqaviləsi tərtib olunarkən mütləq şərtlər hansılardır?

Əmək müqaviləsi tərtib olunarkən mütləq şərtlər hansılardır?

 

İndi isə əmək müqaviləsində göstərilməsi tələb kimi qoyulan şərtlər və məlumatlara diqqət yetirək. Əmək Məcəlləsinin «Əmək müqaviləsinin məzmunu» adlanan 43-cü maddəsinə əsasən, əmək müqaviləsində mütləq göstərilməli olan şərtlər və məlumatlar isə aşağıdakılardır:

1. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.

2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir:

a) İşçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, verildiyi tarix, şəxsiyyət vəsiqəsini verən orqanın adı;

b) İşəgötürən hüquqi şəxs olduqda onun adı və hüquqi ünvanı, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda isə onun adı, soyadı, atasının adı, ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, verildiyi tarix, şəxsiyyət vəsiqəsini verən orqanın adı;

c) İşçinin iş yeri, vəzifəsi (peşəsi);

ç) Əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün;

d) Əmək müqaviləsinin müddəti;

e) İşçinin əmək funksiyası;

ə) İşçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əməkhaqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması;

f) Tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri;

g) Tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar.

Əmək müqaviləsi şifahi şəkildə həyata keçirilə bilməz. Əmək müqaviləsi yazılı formada iki nüsxədən az olmamaqla tərtib edilir, tərəflərin imzası (möhürü) ilə təsdiq olunur. Müqavilənin bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə qalır. Bəzən təcrübədə işəgötürənin əmək müqaviləsini 3 və daha çox nüsxədə bağlamaq tələbinə işçinin etiraz etməsi ilə qarşılaşırıq. Əlbəttə ki, işçi etiraz etməkdə haqlı deyil. Müqavilə ən azı iki nüsxədə bağlanılmalıdır. Bu isə o deməkdir əmək müqaviləsinin nüsxəsi 2-dən çox da ola bilər. Həmçinin, əmək müqaviləsinin digər dillərə tərcümə olunmasına da məhdudiyyət qoyulmayıb, yəni əmək müqaviləsi eyni zamanda həm Azərbaycan dilində, həm də digər dillərdə tərtib olunub, imzalana bilər.

 

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

-------------------------------------

0 Komment

    Şərh yazın

    Xəbərlər