İşçinin başqa işə keçirilməsi necə rəsmiləşdirilməlidir (Nümünəvi forma)

İşçinin başqa işə keçirilməsi necə rəsmiləşdirilməlidir (Nümünəvi forma)

 

Məsləhətdir ki, Məcəllənin tələblərinə əsasən, işçinin başqa işə geçirilməsi qısamüddətli olanda (ən çoxu 3 ay) onunla yeni əmək müqaviləsi bağlanılmasın, əmək müqaviləsinə əlavələr edilsin. Yəni, işçi ilə bağlanılmış əmək müqaviləsinin konkret maddələrində dəyişikliklər olunsun. Bir məqamı dönə-dönə qeyd edirik ki, işəgötürən işçi ilə olan münasibətləri və baş verəcək dəyişiklikləri əsasən razılaşdırmalıdır.

Amma işəgötürən işçinin razılığı olmadan onu bir ay müddətinə başqa işə keçirə bilər. Burada bir məqamı nəzərdən qaçırmaq olmaz ki, işçini daha ağır və zərərli işə keçirmək qadağandır. Məsələn, ofisdə işləyən inzibatçıya yeraltı işlərdə çalışan təsərrüfat işçisinin vəzifələrini həvalə etmək qadağandır.

 

İşçinin başqa işə keçirilməsi ilə əlaqədar əmək müqaviləsinə ediləcək əlavənin nümunəvi forması

 

 

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

--------------------------------------------------------------------------------------------------------------------

1 Komment

  1. [email protected] 05 Mart 2022

    Salam zehmet olmasa məlumat vere bilərsinizmi? Menim eemek müqavilemde yazılıbki heftenin 7günü 24saat hadise baş veren ünvanda olmalıyam ve o qayda ile de işledibler istirahet bayram günleri işledib pulunu vermeyibler 2ci qrup elilliyim var gece işledib pul vermeyibler istedikleri vaxt maaşı kesibler sonda emek müqavilesine xitam veribler bildiyim qeder müesse leğv edilmesi istisna olmaqla elillerin müqavilesine xitam verile bilmez bu düzdürmü ? Düzdürse hansı maddedir? Ve men mene deymiş zereri harda hesablatdıra bilerem.

Şərh yazın

Xəbərlər