Müddətli əmək müqaviləsinə xitam olunması qaydası və misalla izahı (Nümünəvi forma)

Müddətli əmək müqaviləsinə xitam olunması qaydası və misalla izahı (Nümünəvi forma)

 

Əmək müqaviləsinə xitam verilməsinin bir variantı da müddətli əmək müqaviləsinin ləğv olunmasıdır. Əmək məcəlləsinin 73-cü maddəsində (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) yazılır:

 

1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

2. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əməkhaqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə,lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

Bu fəsildə müddətli əmək müqaviləsinin bağlanılması haqqında geniş məlumat vermişik. İndi isə müqavilələrin ləğv olunması və hansı sənəd- lərlə rəsmiləşdirilməsi hallarını misallarla nəzərdən keçirək. tutaq ki, əmək müqaviləsinin müddəti 31.03.2010-cu ildə başa çatır və həmin tarix həftənin çərşənbə gününə təsadüf edir. İşçi əmək müqaviləsini davam etdirilməsini, işəgötürən isə ləğvini istəyir. Bu zaman işçi müqavilənin davam etdirilməsini istədiyindən Əmək Mə cəlləsinin 73–cü maddəsini əsas götürərək müddət qurtardıqdan sonra, bir həftə ərzində müqavilənin ləğv olunması haqqında məlumat verməməlidir. Ancaq işəgötürən əmək müqaviləsini ləğv etmək istədiyindən  əmr verməlidir.

Müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin forması

 

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

--------------------------------------------------------------------------------------------------------------------

 

 

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər