İşçinin iş vaxtından artıq işlədilməsi necə rəsmiləşdirilməlidir? ( Nümünəvi forma-fayl şəklində)

İşçinin iş vaxtından artıq işlədilməsi necə rəsmiləşdirilməlidir? ( Nümünəvi forma-fayl şəklində)

 

 

Əmək müqaviləsinin əsas şərtlərindən biri də işçinin iş vaxtından artıq işlədilməsi məsələsidir. Bu, hazırda işçilərlə işəgötürənlər arasında olan ən aktual problemlərdən biridir. Təcrübədə dəfələrlə işçinin normadan və iş vaxtından artıq işlədilməsinin düzgün olub-olmaması, bu zaman hansı ödəmələrin, necə həyata keçirilməsi ilə bağlı suallarla qarşılaşırıq.

Əmək Məcəlləsində bütün bunlar əksini tapsa da, işçi işə qəbul olunan zaman bu məsələləri hökmən işəgötürən ilə razılaşdırmalıdır. Nümunə kimi göstərdiyimz əmək müqaviləsində normadan artıq işlədilən işçiyə ikiqat norma ilə əməkhaqqı ödənilməsi göstərilib. Bir faktı qeyd edək ki, Əmək Məcəlləsində normadan artıq işlədilən işçiyə ikiqat normadan az olmamaqla əməkhaqqı ödənilməsi öz əksini tapıb. Bu isə o deməkdir ki, qarşılıqlı razılaşma əsasında təşkilatın işçiyə üçqat və ya daha böyük norma ilə əməkhaqqı ödəməsi mümkündür. Ona görə də əmək müqaviləsi bağlanılan zaman bu şərtlər sənəddə əksini tapmalıdır.

 

Əmək müqaviləsi bağlanılan zamanı hökmən işçi ilə işəgötürən iş vaxtından artıq işlə bağlı məsələyə də aydınlıq gətirməlidirlər, bu hal maddə kimi əmək müqaviləsində əksini tapmalıdır. iş vaxtından artıq iş dedikdə nə başa düşülür? İşçinin normal iş vaxtı əmək müqaviləsinə əsasən 8 saatdır və iş vaxtı saat 18.00-də başa çatır, işəgötürənin işçini daha 1 saat əmək fəaliyyətinə cəlb etməsi iş vaxtından artıq iş sayılır. Bir daha qeyd edirik ki, iş vaxtından artıq iş işçinin iş günü ərzində əmək müqaviləsində nəzərdə tutulmuş iş saatı normasından çox işlədiyi vaxtdır. İşçinin iş vaxtından artıq işlədilməsi işəgötürənin əmri ilə rəsmiləşdirilməlidir.

Əlavə iş saatı ilə bağlı əmrin nümünəvi forması

 

 

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər