İşçi işə götürülən zaman yazılan ərizənin nümünəsi və bu sənədin olmamasına görə cərimə hesablanır?
Təcrübədə işçi işə götürülən zaman çox vaxt ərizə ilə müraciət edir. Belə suallarla tez-tez qarşılaşırıq ki, ərizənin təqdim olunması mütləqdirmi? Həmçinin, yoxlamaya gələn bəzi orqanların vəzifəli şəxsləri iddia edirlər ki, hökmən ərizə və işçinin işə qəbul olunması haqqında əmr tərtib olunmalıdır. Qeyd edək ki, işçinin işə qəbul zamanı ərizə yazması Əmək Məcəlləsində nəzərdə tutulmayıb, eyni zamanda belə bir sənədin olmasına qadağa da qoyulmayıb.
Əmək Məcəlləsinin 81-ci maddəsində (Əmək müqavilələri bağlanmasının sənədləşdirilməsi) yazılır:
1. Kargüzarlıq işini tənzimləmək məqsədi ilə zəruri hallarda bağlanmış əmək müqaviləsi qüvvəyə mindikdən sonra işəgötürənin mülahizəsinə əsasən onun əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilə bilər.
2. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır.
Maddədən də göründüyü kimi əmək müqaviləsi ali sənəd hesab olunur və əmr, sərəncam, qərar müqavilə bağlanılmamış verilə bilməz. Amma ərizənin yazılması haqqında heç bir məhdudiyyət qoyulmayıb. Odur ki, kargüzarlıq baxımından işçinin işə qəbulu zamanı ərizənin yazılması qəbul
olunandır. Ərizənin nümunəvi forması aşağıdakı kimidir:
«AA» MMC-nin direktoruna
Azərbaycan Respublikasının vətəndaşı
_________________________________
_________________________________
tərəfindən
Ə R İ Z Ə
Sizdən xahiş edirəm ki, məni şirkətinizə_______________ ________________________ vəzifəsinə işə qəbul edəsiniz.
İmza: _________________________________
«___»________________200___ci il.
“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı
Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın