Sosial sığorta şəhadətnməsinin alınmamasına görə cərimə necə hesablanır?

Sosial sığorta şəhadətnməsinin alınmamasına görə cərimə necə hesablanır?

İndi isə fərdi uçot qaydalarının pozulması hallarında tətbiq olunan cərimələrə nəzər yetirək. Belə cərimələr Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 257-4 və 257-2 –ci maddələri ilə tənzimlənir.

Maddə 257-2. Məcburi dövlət sosial sığortası qaydalarının pozulması
Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə - – fiziki şəxslər iyirmi manat miqdarında, vəzifəli şəxslər otuz manatdan
əlli manatadək miqdarda cərimə edilir.
Maddə 257-4. Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında qanunvericiliyin pozulması
Sığortaedənlər tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sığortaolunanlar haqqında məlumatların müvafiq icra hakimiyyəti
orqanına təqdim edilməməsinə görə –
– fiziki şəxslər otuz manat miqdarında, vəzifəli şəxslər səksən manat miqdarında, hüquqi şəxslər iki yüz əlli manat miqdarında cərimə edilir.
Bu inzibati cərimələr işəgötürənlərə, rəhbər işçilərə tətbiq olunur.
Fərdi uçot qaydalarının pozulmasına görə inzibati cərimə DSMF orqanları tərəfindən yoxlamalar aparılan zaman tətbiq olunur. Dövlət Əmək Müfəttişliyinin yoxlamaları zamanı belə pozuntular üzə çıxarsa, onlar inzibati cərimələr tətbiq edə bilməzlər.
Cərimələrin tətbiqi hallarını misallarla nəzərdən keçirək:

- İşçi işə qəbul olunduqdan sonra 1 ay ərzində ərizənin verilməməsinə görə.
Tutaq ki, işçi 15.02.2011-cu ildə işə girib. Bu halda sosial sığorta şəhadətnamənin alınması üçün ərizənin təqdim olunmasının son tarixi hansıdır? Əgər qanunda müddət kimi 1 təqvim ayı göstərilsəydi, onda martın 31-i sonuncu gün olardı. Çünki işçi işə fevralın 15-də qəbul edildiyindən bu, tam təqvim ayı olmadığından martın 31-i son gün sayılır. Ancaq söhbət konkret 1 aydan getdiyindən 17.03.2010-cu il tarixi ərizənin təqdim olunmasının son günüdür.

 

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın