Əsas məzuniyyət 30 təqvim günlü kimlərə verilməldir?

Əsas məzuniyyət 30 təqvim günlü kimlərə verilməldir?

Rəhbər işçilər və mütəxəssisləri necə ayırd edilməsinin sadə formulu necədir?

Hansı işçilərə Əmək Məcəlləsinə əsasən, daha çox əmək məzuniyyəti verilir? Aşağıdakı işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir:
a) Kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə;
b) Məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) çalışan dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə;
c) Xüsusi rejimli tədris müəssisələri istisna olmaqla, tədris müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə;

ç) Tədris müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə;
d) Elmi dərəcəsi olmayan elmi işçilərə;
e) Həkimlərə, orta tibb işçilərinə və əczaçılara.
Yuxarıdakı siyahıda bəzi vəzifələr konkret yazılsa da, bəzilərinin adları dəqiq göstərilməyib. Məsələn, məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) çalışan dövlət qulluqçuları, müəssisənin rəhbər işçiləri və mütəxəssisləri sətri konkret deyil. Bu məsələ təşkilatlarla nəzarət orqanları arasında çox mübahisə doğurur. Bu sətirdə nəzərdə tutulan vəzifələri mümkün qədər
aydınlaşdırmağa çalışaq. Başlayaq məsul vəzifələrdə çalışan dövlət qulluqçularından. Dövlət qulluğunu tənzimləyən bir çox normativ hüququ akt var.
Dövlət qulluqçuları nazirlik, dövlət komitəsi, fond və dövlət idarələrində çalışırlar. Dövlət qulluqçuları üçün təsdiq olunmuş ştat cədvəllərində və-
zifələr konkret göstərilib. Həmçinin, onların Vahid Tarif-Sorğu kitabçaları var ki, onun köməyilə məsul vəzifəni müəyyən etmək mümkündür.
Müəssisənin rəhbər işçiləri kimlərdir?
Misal. Təşkilatda aşağıdakı vəziflər var:
- Direktor;
- Direktor müavini;
- Baş mühasib;
- Mühasib;
- Kadrlar şöbəsinin rəisi;
- Kadrlar şöbəsinin müfəttişi;
- Uçot şöbəsinin rəisi;
- Uçot şöbəsinin müfəttişi;
- Fəhlələr;
- Elektrik;
- Mexanik;
- Mühəndis;
- Satış üzrə agentlər;
- Proqramçılar.
Siyahıda göstərilən işçilərdən aşağıdakılara əmək məzuniyyəti 30 təqvim günü müddətində verilməlidir: Direktor, direktor müavini, baş
mühasib, kadrlar şöbəsinin rəisi, uçot şöbəsinin rəisi. Çünki onlar konkret rəhbər işçilərdir. Direktor bütün müəssisəyə, baş mühasib və
qalan şöbə rəisləri də şöbələrinə rəhbərlik edirlər, ona görə həmin rəhbər işçilərə 30 gün əmək məzuniyyəti verilməlidir.
Aşağıdakı işçilərə də əmək məzuniyyəti 30 təqvim günü müddətində verilməlidir:
Mühasib, kadrlar şöbəsinin müfəttişi, uçot şöbəsinin müfəttişi, elektrik, mexanik, mühəndis, proqramçılar. Çünki bu işçilər mütəxəssislərdir. Mütə-
xəssis anlayışı geniş mənalı olduğundan adətən mübahisə də bu məsələ üzərində baş verir. Vəziyyətdən çıxış yolu kimi sadə bir formul təklif
edirik. Əgər həmin vəzifəni yerinə yetirən işçinin əmək funksiyalarını istənilən vətəndaş bilmirsə, demək o, mütəxəssisdir. Məsələn, mühasibin
işini aparmaq üçün ən azı mühasibat uçotunu bilən mütəxəssis lazımdır.
Digər vəzifələr də onun kimi. Mühasib barədə dediklərimizi elektrikə, mühəndisə, mexanikə də şamil etmək olar. Aşağıdakı işçilərə isə əmək məzuniyyəti 21 təqvim günündə az olmayan müddətdə verilməlidir: Fəhlələr, satış üzrə agentlər. İstənilən vətəndaş fəhlə və yaxud satış agenti işləyə bilər. Bunun üçün mütəxəssis olmağa ehtiyac yoxdur.

 

“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı

Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

--------------------------------------------------------------------------------------------------------------------

2 Komment

  1. Möminət 14 Sentyabr 2019

    Salam mənim digər müəssədə 13 il stajım var .indiki işlədiyim müəssədə 7 il.mənim məzunyyətim 21 gün hesablanır.bu düzgündümü.zəhmət olsa bildirərdiz.

  2. Sabina 01 İyun 2023

    Salam. Xəzinadar əmək məzuniyyəti nə qədər olur?

Şərh yazın

Xəbərlər