Əmək kitabçasının 3-cü “İş haqqında məlumat” bölməsinin doldurulması diqqət yetiriləsi məqamlar

Əmək kitabçasının 3-cü “İş haqqında məlumat” bölməsinin doldurulması diqqət yetiriləsi məqamlar

Satışına START verilən “A-dan Z-yə: Kargüzarlıq” (V nəşr) kitabından seçmə

Əmək kitabçasının 3-cü bölməsi “İş haqqında məlumat” adlanır və 4 hissədən ibarətdir. Dörd halda işəgötürən əmək kitabçasının 3-cü bölməsinə müvafiq yazılış aparmağa borcludur:

- İşçinin əsas iş yerində işə götürülməsi;

- Əsas iş yerində bir işdən başqa işə keçirilməsi;

- Əvəzçilik üzrə məlumatların (işə qəbul və işdən azad olunma) əks etdirilməsi;

- Əsas iş yerində işdən azad edilməsi. 

Bu halların hər birini ayrılıqda, nümunələr üzərində nəzərdən keçirəcəyik. İşçinin işə qəbulu ilə bağlı əmək kitabçasına yazılışa keçməzdən əvvəl bəzi vacib məsələləri xatırladırıq:

  • Əmək kitabçası diyircəkli və ya mürəkkəb qələmlə doldurulur;
  • Sənədi yalnız mavi, qara və ya bənövşəyi rəngdə yazan qələmlə doldurmaq olar. Başqa rəngli qələmlə yazılış aparmaq qadağandır. Bu tələb sırf praktiki əhəmiyyətə malikdir, əmək kitabçasına edilmiş yazılışların işığın və rütubətin təsirindən itməməsi üçündür;
  • Əmək kitabçasına qısaldılmış yazılış aparmağa yol verilmir. Məsələn, Əhmədova N.M. yox, Əhmədova Nazimə Mirzə qızı
  • Əmək kitabçasında gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır;
  • Qeydlər mümkün qədər aydın, konkret və səliqəli yazılmalıdır ki, asan oxunsun;
  • Titul vərəqəsinə edilmiş düzəlişdən fərqli olaraq daxili səhifədə düzəliş edəndə səhv yazılışın üzərindən xətt çəkməyə icazə verilmir. Bu barədə bölmənin növbəti səhifələrində nümunələr təqdim edəcəyik.

İndi isə işçinin işə qəbulu ilə bağlı əmək kitabçasına edilən yazılışa baxaq. Əmək kitabçasının tərtibi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarında yazılır ki, “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Çox təəssüf ki, praktikada qanunvericiliyin bu tələbinə əməl olunmur, işəgötürənin adı ayrıca sətirdə yazılmır, əsasən iki cümlədən ibarət qeydin içində olur.

İşəgötürənin adının ayıca sətirdə başlıq kimi yazılmasının ən böyük üstünlüyü odur ki, işçinin əmək kitabçasına baxanda, çətinlik çəkmədən onun hansı tarixlərdə, hansı təşkilatlarda işləməsini müəyyən etmək mümkün olsun. Bu halda işçi müəssisə daxilində başqa işə keçiriləndə, işdən azad olunanda təşkilatın adını təkrar qeyd etməyə ehtiyac qalmır.

Qaydaya görə, bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin işə qəbul edildiyi tarix göstərilir. 3-cü qrafada işin adı, peşəsi, yaxud vəzifəsi, həmçinin vahid tarif cədvəli üzrə əməyin ödənilməsi dərəcəsi konkret göstərilməklə hansı sexə, şöbəyə, bölməyə, sahəyə, peşə və ya vəzifəyə təyin edilməsi yazılır. 4-cü qrafada isə qeydin əsaslandığı sənədin (әmrin, əmək müqaviləsinin rekvizitlәri) adı, tarixi, nömrəsi yazılmalıdır. Praktikada 4-cü qrafada sözlərin sıralanması bu şəkildə yazılır: Əmr №__, 10.12.2001. Bu yolverilən olsa da, biz aşağıdakı nümunədə Azərbaycan dilinin qrammatikasına uyğun formada sıralanma təqdim etmişik.

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

4. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

6. Mühasibat uçotu 2022

7. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər