Əmək kitabçası işçiyə nə vaxt verilməli və ya poçtla göndərilməlidir?

Əmək kitabçası işçiyə nə vaxt verilməli və ya poçtla göndərilməlidir?

Əmək Məcəlləsinin 87-ci maddəsinin üçüncü hissəsinə əsasən, işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir.


İndi isə işəgötürən tərəfindən işçiyə əmək kitabçalarının hansı formada təqdim olunması hallarını nəzərdən keçirək. Qaydalara əsasən, əmək kitabçasının işdən çıxan işçiyə verilməsinin konkret müddəti müəyyən edilib. Belə ki, əmək kitabçası fərdi əmək müqaviləsi xitam oldunduğu gün (sonuncu iş günü) işçiyə təhvil verilməlidir.
Mİsal. İşçinin işdən çıxma tarixi əmrdə “26 fevral 2022-ci il” kimi qeyd olunub. Deməli, əmək kitabçası da həmin tarixdə təqdim olunmalıdır, əks halda işəgötürən məsuliyyət daşıyır.
Digər hal işçinin vəfat etməsi halıdır ki, bu zaman əmək kitabçası onun ailə üzvlərinə verilir və yaxud onların tələbi ilə poçt vasitəsilə göndərilir.
Təcrübədə rast gəlinir ki, işəgötürən filial şəbəkəsinə malik olur və işdən çıxan işçi baş ofisə gələ bilmədiyi üçün əmək kitabçası poçtla göndərilir. Və ya işçi əmək kitabçasını götürməkdən imtina etdiyi üçün sənəd onun ünvanına poçtla göndərilir. Fikrimizcə, bu cür hallar düzgün rəsmiləşdirmə sayılmamalıdır.
Çünki qaydalarda qeyd edilir ki, əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. İşçi əmək kitabçasını işdən çıxan gün götürməzsə, bu halda ona poçt vasitəsilə bildiriş göndərilir.
Mİsal. Baş ofisi Bakıda olan işəgötürənin Mingəçevir filialının əməkdaşı işdən çıxır. Əməkdaşın baş ofisə gəlmək imkanı olmadığı üçün, əmək kitabçasını əldə edə bilmir. Bu halda işəgötürən ona bildiriş imzalatdırır ki, əmək kitabçasını Bakı şəhərində yerləşən ofisdən əldə edə və ya əgər razıdırsa, poçtla onun ünvanına göndərilə bilər. İşçinin razılığını təsdiq edən hər hansı sənəd olmadan əmək kitabçasının poçtla göndərilməsi qanuna ziddir.
Qeyd etdiyimiz kimi, əmək kitabçası yalnız işçinin razılığı olduğu halda poçt vasitəsilə göndərilə bilər.
Mİsal. İşçi işdən çıxan gün əmək kitabçasını götürməkdən imtina edir, poçtla göndərilməsi ilə bağlı bildirişə də cavab vermir. Qaydalara əsasən, işəgötürən işçi işdən çıxan zaman müəyyən səbəblər üzündən götürülməyən əmək kitabçalarını iki il müddətində işdə olan işçilərin əmək kitabçalarından ayrı saxlamalıdır.
Bu o anlama gəlmir ki, iki il bitdikdən sonra həmin sənədlər məhv olunmalıdır. Qaydalara əsasən, işdən çıxmış şəxslərin əmək kitabçaları, əlavə içliklər alınmadıqda həmin sənədlər işəgötürənin arxivində 50 il müddətində saxlanılmalıdır. Yəni, mühasibatlıq işdən çıxan işçinin sənədlərini 2 ildən sonra təşkilatın arxivinə təqdim etməlidir. 50 il keçdikdən sonra sənəd qanunla nəzərdə tutulan qaydada məhv edilir.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər