İntizam tənbehinin verilməsi şərtləri necə müəyyənləşdirilir?

İntizam tənbehinin verilməsi şərtləri necə müəyyənləşdirilir?

Satışı yekunlaşan amma 2023-cü ilin yanvar ayından satışda olacaq “Əməyin uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 189-cu, “İntizam tənbehinin verilməsi şərtləri” maddəsinin birinci hissəsinə əsasən, bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə, eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Bəzi işəgötürənlər əmək intizamını pozan işçiyə həm töhmət, həm də əmək haqının ¼-dən çox olmamaqla şərti cərimə təbiq ediməsi haqqında qərar verirlər. İşəgötürən tərəfindən bu cür qərarların verilməsi yanlışdır.

Digər maraqlı hal isə, işəgötürən tərəfindən intizam tənbehi verildiyi vaxtda işçinin faktiki harada olmasıdır.

Məcəllənin 189-cu maddəsinin ikinci hissəsinə əsasən, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə və ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.

Mİsal.1. İşçi 10 oktyabr 2021-ci il tarixdə intizam xətası törədir. İşəgötürən araşdırmanın nəticəsi kimi işçiyə 15 oktyabr 2021-ci il tarixdə intizam tənbehi kimi töhmət verir. Amma işçi 14 oktyabr 2020-ci il tarixdən 20 günlük məzuniyyətə çıxıb. Bu halda işəgötürənin işçiyə töhmət verilməsi barədə əmr imzalaması doğru deyil. İşəgötürən işçinin məzuniyyətdən qayıtmasını gözləməlidir. Çünki maddədən göründüyü kimi, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirən işçiyə həmin dövrdə intizam tənbehi verilə bilməz.

Bəs, işçinin törətdiyi intizam xətası aşkar olunduqdan bir ay sonra o, işə qayıtdığı halda, müddət ötürmü? Xeyr, çünki işçinin məzuniyyətdə olduğu dövr bir aylıq müddətə daxil edilmir.

Təcrübədə rast gəlinən intizam tənbehlərindən biri də, işçinin aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə edilməsidir. Əksər işəgötürənlər intizam tənbehinin bu növündən istifadə etdikdə, bir məqama diqqət yetirmirlər. Əmək Məcəlləsinin 186-cı maddəsində qeyd edilir ki, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək intizam tənbehinin bir növü sayılır. Əgər işəgötürən əmək kollektivi və ya həmkarlar ittifaqları təşkilatı ilə yazılı formada əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən kollektiv müqavilə imzalamışsa və bu məsələ həmin müqavilədə nəzərdə tutulmuşsa, o halda işçiyə qeyd olunan cərimə tətbiq oluna bilər. Mümkündür ki, müsəssisədə kollektiv müqavilə olsun, amma bu tip intizam tənbehi sənəddə qeyd edilməsin. O halda da işəgötürən işçiyə intizam tənbehinin bu növünü tətbiq edə bilməz.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər