ƏMAS-da aparılan düzəlişlər mütləq rəsmiləşdirilməlidir?

ƏMAS-da aparılan düzəlişlər mütləq rəsmiləşdirilməlidir?

Satışı davam edən "ƏMAS Platforması: A-dan Z-yə" kitabından seçmə

ƏMAS platformasının tətbiqindən sonra ən çox müzakirə məsələrdən biri də əmək müqaviləsinə əlavə razılaşma formasıdır. ƏMAS altsistemində elektron əmək müqaviləsi və xitam əmri hazırlanması həyata keçirilsə də, əmək müqaviləsinə əlavənin elektron formada hazırlanması fərqli formadadır.
ƏMAS altsitemində əmək müqaviləsində vəzifə, əmək haqqı və s. dəyişikliklər həyata keçirildikdə, əmək müqaviləsinə əlavə yox, dəyişikliklər nəzərə alınmaqla yeni əmək müqaviləsi tərtib olunur. Hazırlanan elektron əmək müqaviləsi həcmcə böyükdür, bu da əlavə kağız sərfi olduğundan onun çapı məsələsi əlavə suallar yaradır. Bir məsələni qeyd edək ki, işəgötürən kağız formada hazırladığı əmək müqaviləsinə əlavə razılaşmanı işçiyə imzalatdığı halda ƏMAS platforması tərəfindən hazırlanan elektron əmək müqaviləsini imzalatdırmamaq hüququna malikdir.
Həmkarlarmızı maraqlandıran ən vacib məsələlərdən biri də ƏMAS altsistemində əmək müqaviləsinə edilən düzəlişlərin işəgötürən tərəfindən rəsmiləşdirilib-rəsmiləşdirilməməsidir. Bununla bağlı bizə çoxlu suallar daxil olur. Əmək Məcəlləsinin 43-cü maddəsinin dördüncü hissəsinə əsasən, bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.
Maddədən göründüyü kimi, işəgötürən ƏMAS altsistemində işçi ilə bağlanan əmək müqaviləsində düzəlişləri həyata keçirirsə, bu, işçinin razılığı ilə rəsmiləşdirilməlidir. Həttta işçinin xeyrinə olan dəyişiklik (misal üçün, əmək haqqı artımı) belə birtərəfli qaydada həyata keçirilə bilməz. Deməli, əmək müqaviləsində düzəlişin həyata keçirilməsi üçün əmək müqaviləsinə əlavə razılaşmanın olması məcburi tələbdir.
Hansı dəyişiklik hallarında əmrin hazırlanması tələbinin olması da vacib məsələlərdəndir. Əmək Məcəlləsində aşağıdakı hallarda əmrlə rəsmiləşdirmə nəzərdə tutulub:
Yuxarıda qeyd edilən hallarda əmrlərin hazırlanması Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirilməlidir. Amma işəgötürənin hüququdur ki, Əmək Məcəlləsində nəzərdə tutulmadığı hallarda da müvafiq tapşırıqlarını əmr formasında rəsmiləşdirsin.
Yekun olaraq bildiririk ki, ƏMAS altsistemində işçinin əmək müqaviləsi ilə bağlı dəyişikliklər aparıldıqda əmək müqaviləsinə əlavə razılaşmanın hazırlanması və işçiyə imzalatdırılması mütləq tələb olsa da, əmrin hazırlanması bəzi hallarda tələb olunur, bəzən isə məqsədəuyğun hesab edilir.
ƏMAS altsisteminin yaradılması məqsədlərindən biri də, kağız formada hazırlanan əmək müqaviləsinin və ona əlavələrin imzalanması prosesinin elektronlaşdırılmasıdır. Hazırda qeyd olunan sənədlərin imzalanması işəgötürən tərəfindən elektron qaydada həyata keçirilsə də, işçi barədə bunu demək mümkün deyil. Amma mümkündür ki, gələcəkdə işçilərin elektron imzaya (misal üçün, “SİMA”) sahib olmasından sonra işəgötürən əmək müqaviləsi dəyişikliklərinin işçinin elektron kabinetinə göndərilməsini təmin etsin. İşçi elektron imza ilə əmək müqaviləsi dəyişikliyini imzaladıqdan sonra artıq dəyişikliyin kağız formada rəsmiləşdirməsinə ehtiyac qalmayacaq.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər