Ödənişsiz məzuniyyətlərin verilməsində diqqət yetiriləsi 5 vacib məqam

Ödənişsiz məzuniyyətlərin verilməsində diqqət yetiriləsi 5 vacib məqam

Satışı bitən amma 2023-cü ilin yanvar ayından satışda olacaq “Əməyin uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

 

Əmək Məcəlləsinin 130-cü maddəsinin tənzimlədiyi ödənişsiz məzuniyyətlərin verilməsində diqqət yetiriləsi 5 vacib məqam var.

Birinci məqam. İşçi bu tip ödənişsiz məzuniyyətə çıxdıqda işəgötürənin razılğı tələb olunmur.

Mİsal. İşçi işəgötürənə həyat yoldaşının doğuşla əlaqədar məzuniyyətdə olmasını təsdiq edən sənəd təqdim etməklə, 10 gün ödənişsiz məzuniyyətdən istifadə etmək istəyir. İşəgötürən işçinin ərizəsi əsasında onun ödənişsiz məzuniyyətə getməsini təmin etməlidir.

İkinci məqam. İşçi ödənişsiz məzuniyyətə çıxmaq istədikdə, ərizə ilə yanaşı, səbəbi təsdiq edən sənədi (bir hal istisna olmaqla) də işəgötürənə təqdim etməlidir. Ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün ödənişsiz məzuniyyət üçün müraciət edən işçilər səbəbi təsdiq edən sənədi ərizə ilə birlikdə təqdim etməlidir.

Mİsal.  İşçi sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı üçün 14 günlük ödənişsiz məzuniyyət istəyirsə, övladının bu kateqoriyaya aid olmasını təsdiq edən sənədi də işəgötürənə təqdim etməlidir.

Üçüncü məqam. İşçinin ödənişsiz məzuniyyətinin maksimal müddəti ilə yanaşı, icazə verilən dövrilik də tənzimlənir.

Əmək Məcəlləsinin 130-cu maddəsi ilə tənzimlənən ödənişsiz məzuniyyətin dövriliyi kimi bir iş ili nəzərdə tutulub. Xüsusi olaraq vurğulayırıq: təqvim ili yox, məhz iş ili.

Mİsal. İşçi 1 iyul 2018-ci ildə işə qəbul olunduğu üçün iş ili 1 iyul 2018- 30 iyun 2019-cu il hesab edilir. Fərz edək ki, işçi 1 mart 2019-cu il tarixdə ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün 7 günlük ödənişsiz məzuniyyət hüququndan istifadə edib. İşçi 15 oktyabr 2019-cu il tarixdə 7 günlük ödənişsiz məzuniyyət üçün təkrar müraciət edir.

Bəzən işəgötürənlər eyni təqvim ilində olduğu üçün işçinin təkrar ödənisiz məzuniyyətə çıxmasına icazə vermir. Amma bu yanlışdır, çünki Əmək Məcəlləsinin 130-cü maddəsində təqvim ili yox, iş ili nəzərdə tutulduğundan növbəti ödənişsiz məzuniyyət işçinin ikinci iş ilinə təsadüf edir.

Dördüncü məqam. İşçi ödənişsiz məzuniyyətdən tam və ya hissə-hissə istifadə edə bilər. Bəzi işəgötürənlər yanlış olaraq hesab edirlər ki, işçinin Əmək Məcəlləsində qeyd edilən ödənişsiz məzuniyyətdən bir dəfə istifadə etmək hüququ var.

Mİsal. İşçi şəxsi məsələ ilə bağlı 3 günlük ödənişsiz məzuniyyətdən istifadə edibsə, bu, o demək deyil ki, artıq həmin iş ilində bu hüququndan faydalana bilməz. Qeyd edək ki, Əmək Məcəlləsinin 130-cu maddəsində qeyd edilən maksimal müddəti tamamlayanadək işçi ödənişsiz məzuniyyətdən istifadə edə bilər.

Beşinci məqam. İşçinin ödənişsiz məzuniyyətin səbəblərinə uyğun olaraq onların hər birindən  istifadə hüququ var.

Bəzi hallarda işəgötürən hesab edir ki, işçinin Əmək Məcəlləsinin 130-cu maddəsində qeyd edilən ödənişsiz məzuniyyətlərin birindən istifadə hüququ var. Amma işçi  şəxsi məsələlərlə bağlı ödənişsiz məzuniyyətdən istifadə edirsə, sonradan müvafiq sənəd təqdim etməklə xəstə olan ailə üzvünə xidmət üçün ödənişsiz məzuniyyətdən də istifadə edə bilər.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər