İşəgötürən niyə “Müəssisədaxili intizam qaydaları”nı tətbiq etməlidir?

İşəgötürən niyə “Müəssisədaxili intizam qaydaları”nı tətbiq etməlidir?

Satışını yekunlaşan “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

 

Əmək Məcəlləsinin 182-ci, “Müəssisədaxili intizam qaydaları” maddəsinin birinci hissəsinə əsasən, müəssisələrdə əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə müəssisədaxili intizam qaydaları qəbul edilə bilər.

Maddədən göründüyü kimi, müəssisədaxili intizam qaydaları qəbul edilməsi işəgötürənlər üçün məcburi xarakter daşımasa da, tövsiyə olunur. Fikrimizcə, işəgötürənin müəssisədaxili intizam qaydaları hazırlaması həm sənədləşmə baxımdan işlərini azaldar, həm də fərdi əmək mübahisələrinin yaranmasının qarşısını alar.

Mİsal.  İşçi naməlum səbəbdən 4 gün işə gəlməyib, işəgötürənin işçi ilə əlaqə saxlamaq cəhdləri uğursuz olub. Bu halda işəgötürən həmin işçi ilə bağlı hansı fəaliyyətlər həyata keçirməlidir? Variantlardan biri belə ola bilər: Əmək Məcəlləsinin 72-ci maddəsinin “1-a” bəndinə əsasən işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi  işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir və bu halda onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilə bilər. Bu əsasla əmək müqaviləsinə xitam verildikdən sonra işçi işə çıxmamasının səbəbini xəstə olması ilə əlaqələndirsə və xəstəlik vərəqəsi təqdim etsə, işəgötürən onu işə bərpa etmək məcburiyyətində qalacaq.

Hesab edək ki, işəgötürən Əmək Məcəlləsinin 182-ci maddəsində nəzərdə tutulan müəssisədaxili intizam qaydalarını qəbul edib. Qaydalarda göstərilib ki, xəstələnən (əmək qaniliyyətini müvəqqəti itirən) işçilər iş yerinə bu barədə vaxtında (tutaq ki, 2 gün ərzində) məlumat verməlidirlər. İşçi işə qəbul olunarkən qaydalarla tanış olub və ona əməl edəcəyi ilə bağlı imza atıb. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən müəssisədaxili intizam qaydalarını pozan işçiyə intizam tənbehlərindən biri verilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir və bu halda işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilə bilər. Təcrübə göstərir ki, yuxarıda qeyd edilən tədbirləri görən işəgötürənlərdə işçinin naməlum səbəbdən işə çıxmaması və sonradan xəstəlik vərəqəsi təqdim etməsi halları nadir hallarda baş verir.

Misaldan göründüyü kimi, işəgötürən müəssisədaxili intizam qaydaları tərtib etməklə həm sənədləşmə işini asanlaşdırdı, həm də gələcəkdə fərdi əmək mübahisələri yaranarsa, haqlı durumda olacaq.

Əmək Məcəlləsinin 182-ci maddəsinin üçüncü hissəsinə əsasən, müəssisədaxili intizam qaydaları bu Məcəlləyə, habelə əmək qanunvericiliyi üzrə digər normativ hüquqi aktlara uyğun tərtib edilməlidir. Bu normativ hüquqi aktlara zidd olan müəssisədaxili intizam qaydalarının müvafiq müddəaları və onların tətbiqinin hüquqi nəticələri etibarsız hesab edilir.

Maddədən göründüyü kimi, işəgötürən kollektiv müqavilələrdə olduğu kimi işçinin hüquqlarının pozan və əmək qanunvericiliyinə zidd olan hər hansı bəndi müəssisədaxili intizam qaydalarına daxil edə bilməz.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 

Tematik təlim
 

Mövzu:  " Tabel uçotu və müəssisədaxili intizam qaydaları: Tələblər və Rəsmiləşdirmə"

Zaman: 19 noyabr 2022-ci il tarixdə, saat 15:00-da.

Qeydiyyat üçün: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər