Qısaldılmış iş vaxtı kimlərə tətbiq edilir?

Qısaldılmış iş vaxtı kimlərə tətbiq edilir?

Satışı yekunlaşan “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 91-ci, “Qısaldılmış iş vaxtı” maddəsinə əsasən,  İşçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər.

Maddədən göründüyü kimi, qısaldılmış iş vaxtı həm işçiləri, həm də iş yerlərinə görə müəyyən edilə bilər.  Bundan əlavə əmək müqaviləsi və ya kollektiv müqaviləyə də uyğun olaraq qısadılmış iş vaxtı təyin edilə bilər. Deməli, qısadılmış iş vaxtının tətbiqi bəzi hallarda məcburi, bəzi hallarda isə könüllü olaraq həyata keçirilə bilər.

İşçilər üzrə qısadılmış iş vaxtının tətbiqi Əmək Məcəlləsinin 91-ci maddəsinin ikinci hissəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci dərəcə əlilliyi olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.

Maddədən göründüyü kimi, bəzi işçilər üzrə qısaldılmış iş vaxtında maksimum iş saatı aşağıdakı kimi müəyyən edilir:

Həftəlik iş saatı 24 saatdan çox olmayanlar: 16 yaşınadək işçilər

Həftəlik iş saatı 36 saatdan çox olmayanlar: 1-ci, 2-ci qrup əlil olan işçilər, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər

Mİsal 1. Həftəlik 40 saatlıq iş rejimi olan işçi müvafiq tibb məntəqəsindən hamilə olması haqqında arayışı işəgötürənə təqdim edir. İşəgötürənin əmri əsasında arayışın təqdim edildiyi tarixdən etibarən işçinin həftəlik iş saatı 36 saata endirilməlidir.

Mİsal 2. Həftəlik 40 saatlıq iş rejimi ilə işləyən işəgötürən 2-ci qrup əlili işə qəbul edir. Artıq işəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsinə görə işçinin həftəlik iş saatı 36 saatdan yüksək olmamalıdır.

Mİsal 3. Analıq məzuniyyətindən işə qayıdan işçi üçün həftəlik 36 saatdan artıq olmayan iş rejimi uşağın bir il altı ayı tamam olandan sonra bitir. İşəgötürən işçinin yenidən həftəlik 40 saatlıq iş rejiminə qayıtması haqqında əmr verir. Amma burada bir məqama diqqət yetirmək lazımdır ki, əgər işçi uşağını təkbaşına böyüdərsə, o zaman işəgötürən belə əmr verə bilməz. İşəgötürən yalnız uşağın üç yaşı tamam olduqdan sonra işçini həftədə 40 saatlıq iş rejiminə qaytara bilər.

Qeyd edək ki, Əmək Məcəlləsinin 159-cu maddəsinə əsasən, bu Məcəllənin 91-ci, 92-ci və 93-cü maddələri ilə müəyyən edilmiş qısaldılmış iş vaxtı şəraitində çalışan işçilərin əmək haqları normal iş vaxtı üçün müəyyən edilən tam məbləğlərdə ödənilir. 

Mİsal.  İşəgötürən 500 manat əmək haqqı alan və həftəlik normal iş vaxtı ilə işləyən işçi hamilə olması haqqında sənədi təqdim etdiyi üçün, onun həftəlik iş saatı normasını 36 saat müəyyən edib. Bu zaman işəgötürən işçinin iş  saatının azaldılmasına baxmayaraq, ona həftəlik iş saatı normasında olduğu kimi,  500 manat məbləğində əmək haqqı hesablanmasını həyata keçirməlidir.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 

T E M A T İ K  T Ə L İ M

Mövzu:  " Tabel uçotu və müəssisədaxili intizam qaydaları: Tələblər və Rəsmiləşdirmə"

Zaman: 19 noyabr 2022-ci il tarixdə, saat 15:00-da.

Qeydiyyat üçün: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər