İşsizlikdən siğorta ilə bağlı FAYDALI MƏSLƏHƏTLƏR

İşsizlikdən siğorta ilə bağlı FAYDALI MƏSLƏHƏTLƏR

"Əmək münasibətləri: A-dan Z-yə" kitabından seçmə

İşsizlikdən sığorta ilə bağlı aşağıdakı vacib tələbləri nəzərə almağınız vacibdir:

Məcburi dövlət sosial sığortası məqsədləri üçün “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (bundan sonra Fond) uçota alınmış sığortaedənlər işsizlikdən sığorta məqsədləri üçün Fondda qeydiyyata alınmış hesab edilirlər.
Bu da o deməkdir ki, işsizlikdən sığorta ilə bağlı sığortaedənlər tərəfindən sığortaolunanları uçota salmaq üçün əlavə olaraq heç bir prosedur tələb olunmur.
- Sığortaedənin məcburi dövlət sosial sığortası məqsədləri üçün Fond tərəfindən verilmiş uçot nömrəsi (SUN) eyni zamanda onun işsizlikdən sığorta məqsədləri üçün Fondda qeydiyyat nömrəsi hesab edilir.

- Məcburi dövlət sosial sığortası üzrə dövlət sosial sığorta sistemində fərdi uçotu aparılan sığortaolunanlar (yalnız əmək müqaviləsi ilə işləyənlər) işsizlikdən sığorta üzrə Fondda qeydiyyata alınmış hesab olunurlar.
Bir məqamı da nəzərinizə çatdırmaq istərdik ki, işəgötürənlər Fonda işçilərin sosial sığortası ilə bağlı (111 saylı) bir çox hallarda da mülki xarakterli müqavilələr üzrə cəlb olunmuş fiziki şəxslər üzrə hesabatlar (730 saylı) təqdim edir. İşsizlikdən sığorta isə ancaq işçilərə aiddir, mülki xarakterli müqavilələr üzrə cəlb olunanlara şamil olunmur.
- Sığortaedənlər tərəfindən hesablanıb Fonda ödənilən işsizlikdən sığorta haqları barədə məlumatlar sığortaolunanların fərdi şəxsi hesablarında nəzərə alınmır.
Yəni, işsizlikdən sığortanın uçotu müstəqil aparılır.
- İşsizlikdən sığorta haqqı, hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi və işçinin əməkhaqqının 0,5 faizi miqdarında sığortaedən tərəfindən ödənilir.
- “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunu ilə işsizlikdən sığorta haqqının hesablanmasından azadolma müəyyən edilməmişdir.
Belə ki, “Sosial sığörta haqqında” qanunda bir çox hallar var ki, 3% və ya 22% sosial sığorta ayırmaları hesablanılmır, amma işsizlikdən sığortada belə güzəştlər yoxdur.
- Hər ay üçün hesablanmış işsizlikdən sığorta haqqı sığortaedən tərəfindən əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə Fonda ödənilir.
- Sığortaedənlər hər rüb üçün “İşsizlikdən sığorta üzrə rüblük hesabat”ı həmin rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda Fonda məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatla birgə təqdim edirlər.
- İşçilərin işsizlikdən sığorta etdirilməməsinə, sığorta haqqının hesablanmasının və köçürülməsinin uçotunun düzgün aparılmamasına və bu barədə sığortaçıya hesabatın təqdim edilməməsinə, sığorta haqqının vaxtında köçürülməməsinə görə inzibati qaydada məsuliyyət tədbirləri nəzərdə tutulmuşdur.
Yuxarıda qeyd olununğu kimi, işsizlikdən sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilmişdir:
-sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi;
- sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi.
İndi isə sosial sığorta hesablanan, hesablanılmayan hallarda işsizlikdən sığorta hallarını misallarla nəzərdən keçirək.
Bunun üçün əvvəlcə əməyin ödənişi fonduna hansı gəlirlərin daxil olduğunu dəqiqləşdirək.
Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.
Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.
Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.
Bu siyahıda olan bütün gəlirlər əməyin ödənişi fonduna aiddir və işçinin iş yerində əldə etdiyi bu gəlirlər işsizlikdən sığortaya cəlb olunur. Amma məcburi sosial sığortaya bu siyahıda olan bütün gəlirlər cəlb olunmaya bilər. Bəzi gəlirlər də var ki, məcburi sosial sığortaya cəlb olunmur, amma onlar əməkhaqqı fonduna daxil olan gəlirlər hesab edilirlər. Bəzi hallarda 22% və 3% hesablamaq üçün olan baza, 0,5% hesablamaq üçün nəzərdə tutulan bazadan fərqlənə bilər. Tövsiyə edirik ki, oxucular bu məsələlərdə diqqətli olsunlar. Amma əksər hallarda məcburi sosial sığorta və işsizlikdən sığorta hesablamaları üçün baza (əmək haqqı fondu) eynidir.

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 

012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın