Nöqsanı olan işçiyə intizam tənbehi vermək vəya işdən azad etmək üçün müddət məsələləri necə gözlənilməlidir?

Nöqsanı olan işçiyə intizam tənbehi vermək vəya işdən azad etmək üçün müddət məsələləri necə gözlənilməlidir?

Sual: Nöqsanı olan işçini işdən azad etmək üçün müddət məsələləri necə gözlənilməlidir?

Müşfiq Əmircanovun qeydi:  Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndi ilə işçi işdən çıxarılarkən qanunvericilikdə intizam tənbehi ilə nəzərdə tutulan şərtlərə əməl etmək lazımdır.  Misal üçün, nöqsanı aşkar edilən işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə azad etmək istəyirik. Amma nöqsanın aşkar olunma tarixdən müəyyən müddət keçib. Bu zaman qanunvericiliyin tələblərinə diqqət yetirməliyik. Qanunvericilikdə bildirilir ki, nöqsan aşkar olunduğu tarixdən 1 ay müddətinə tədbir görülməlidir. Həmçinin də, nöqsanın baş vermə və aşkar olunma tarixi 6 aydan çox olmamalıdır. Yəni işçinin nöqsanın baş vermə tarixindən 7 ay keçibsə, onu aşkarlamağımızın heç bir anlamı qalmayacaq və intizam tənbehi verə bilməyiciik. Həmçinin də, işçini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə azad etmək hüququmuz yoxdur. Təbii ki, burda müəssisənin təsərrüfat fəaliyyətinin auditi nəzərdə tutulmur, bu halda iki illik müddət tətbiq olunur.

Qeyd edək ki, bu fikirlər tanınmış HR mütəxəssisi Müşfiq Əmircanovun "Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları" adlı canlı yayımında səsləndirilib. "Business Management School" MMC təşkilatçılığı ilə təşkil olunan canlı yayımda Müşfiq müəllim maraqlı məqamlara toxunduğu üçün bəzi məqamları saytımızda dərc etməyi planlaşdırırıq.
Mks.az saytı olaraq, bu cür maarifləndirici layihəyə görə. "Business Management School" MMC və Müşviq Əmircanova təşəkkürümüzü bildiririk.

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.
Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

1 Komment

  1. Tamilla 11 Avqust 2022

    salam.işçi uzun müddədir ki,işə gəlmir.Sahə rıisi təqdimat yazaraq,müdur isı işdın azad edilsin rezalyusiyanı qoyub.Kadırlar hansı maddə ilə işdən azad etməlidir.

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər