İşçi xəstələndikdə müavinətin faiz nisbəti necə tənzimlənir?

İşçi xəstələndikdə müavinətin faiz nisbəti necə tənzimlənir?

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında hesablanan müavinətin hansı nisbətlə verilməsi hər zaman aktual məsələ olaraq qalıb. Oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilən “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”dən çıxarışı paylaşlamaq istərdik:

  1. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında müavinət aşağıdakı miqdarda verilir:
    • qazancın 150 faizi miqdarında:
    • əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara;

qazancın 100 faizi miqdarında:

  • 12il və daha çox sosial sığorta stajı olan işçilərə;
  • istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə;
  • Əfqanıstan müharibəsində, 1990-cı ilin yanvar ayında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı xəsarət (yaralanma, travma, kontuziya)almış şəxslərə, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı zərər çəkənlərə;
  • Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsində iştirak edən şəxslərə, bu zaman həlak olanların, ölənlərinvalideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına, habelə bu hadisələrdə iştirak edən hərbi qulluqçuların (o cümlədən müddətli xidmət hərbi qulluqçularının) arvadlarına; Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olanların, ölənlərin valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına; Xidməti vəzifələrinin icrası zamanı həlak olan, ölən ədliyyə, miqrasiya və fövqəladə hallar orqanları işçilərinin valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına;
  • 1986—1990-cı illər Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin köçürmə zonası hüdudlarında ləğv edilməsində, yaxud həmin dövrdə Çernobıl AES-nin istismarında və ya digər işlərdə iştirak etmiş (o cümlədən müvəqqəti göndərilmiş, yaxud ezam edilmiş) şəxslər, habelə xüsusi toplanışlara çağırılmış və həmin dövrdə görülən işin növündən və yerindən asılı olmayaraq, göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı işlərin görülməsinə cəlb edilmiş hərbi qulluqçular və hərbi vəzifəlilər, habelə köçürmə zonasında xidmət keçmiş daxili işlər orqanlarının rəis və sıravi heyətinə;
  • qanyaradıcı orqanların (kəskin leykoz), qalxanvari vəzinin (adinoidlər, xərçəng), bəd xasiyyətli şişlərin xəstəliyi zamanı;
  • 14 yaşınadək uşaqların Çernobıl AES-də qəzanın ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş valideynlərdən birinə iş stajından asılı olmayaraq, xəstə uşağa baxmağa görə;
  • fasiləsiz iş stajından asılı olmayaraq, əmək qabiliyyətini postvaksinal fəsadla əlaqədar itirən vətəndaşlara;
  • iş stajından asılı olmayaraq, hemofiliya və talassemiya irsi qan xəstəliyi olan , dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə;
  • iş stajından asılı olmayaraqqan və qan komponentlərinin donorluğu funksiyasını yerinə yetirməsi ilə əlaqədar olaraq əmək qabiliyyətini müvəqqəti itirmiş şəxslərə;
  • iş stajından asılı olmayaraqhərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) arvadlarına, məcburi köçkünlərə və vərəm xəstəliyinə tutulmuş şəxslərə;
  • iş stajından asılı olmayaraqonkoloji xəstələrə;
  • yetkinlik yaşına çatmayan şəxs postvaksinal fəsadla əlaqədar xəstəliyə tutulduqda, ona qanunvericiliklə müəyyən edilən qaydada sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək onun valideynlərindən birinə və ya qanuni nümayəndəsinə;

qazancın 80 faizi miqdarında:

  • 8ildən 12 ilə qədər sosial sığorta stajı olan işçilərə;
  • 21 yaşına çatmamış və 5 ilədək sosial sığorta stajıolan ata-anasız yetim uşaqlara;

    qazancın 60 faizi miqdarında:
  • 8ilədək sosial sığorta stajı olan işçilərə;
  • 14 yaşa çatmamış uşaqlara qulluq edilməsinə görə müavinət ümumi əsaslar üzrə verilir;
  • yetkinlik yaşına çatmayan şəxs postvaksinal fəsadla əlaqədar xəstəliyə tutulduqda ona qanunvericilikdə müəyyən edilən qaydada sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək onun valideynlərindən birinə və ya qanuni nümayəndəsinə fasiləsiz iş stajından asılı olmayaraq orta əmək haqqının 100 faizi miqdarında müavinət verilir;
  • Hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəli şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sosial sığorta stajından asılı olmayaraq aylıq təminat xərcliyinin 100 faizi miqdarında verilir.

Pensiyaya çıxmış hərbi qulluqçular mülki işlərdə işləyərkən, əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı iş stajı hesablanarkən, yalnız məcburi dövlət sosial sığortaya ayırmalar ödənilən işlərdə çalışdığı müddət nəzərə alınır. Əgər keçmiş hərbi qulluqçu belə işlərdə işləməmişsə, onda müavinətin miqdarı yeni işdə qazandığı iş stajına əsasən təyin edilir.

  1. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin miqdarı həmkarlar ittifaqı üzvlüyündən asılı deyildir.

Azərbaycan Respublikasının vətəndaşı olmayan, lakin Azərbaycanda işləyən və məcburi dövlət sosial sığorta haqqı ödəyən işçilərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ümumi əsaslar üzrə verilir.

  1. Müavinətin məbləği təyin edilərkən sosial sığorta stajı sığortaolunanın əmək qabiliyyətinin itirildiyi günədək xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti nəzərə alınmaqla hesablanır.

 “Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

2 Komment

  1. Zülfiyyə BAbayeva 31 İyul 2018

    Direktoru əvəz edən işçiyə əvəçilik üçün əmək haqqı necə ödənilməlidir?

  2. Admin 31 İyul 2018

    Salam, Zulfiyye xanim. Zehmet olmasa, sualinizla bagli saytimizda geden melumatla tanish olardiniz. http://www.mks.az/index.php?option=com_content&view=article&id=8491:2018-02-02-06-16-37&catid=42:uemumi-iqtisadi-xbrlr&Itemid=108

Şərh yazın