Əmək məzuniyyətinin növbəlilik prinspi necə tənzimlənməlidir?

Əmək məzuniyyətinin növbəlilik prinspi necə tənzimlənməlidir?

"Əmək Münasibətləri: A-dan Z-yə" kitabından seçmə

Maraqlı məsələlərdən biri də işçinin əmək məzuniyyətinə nə vaxt çıxa bilməsidir. İşçi istənilən vaxt əmək məzuniyyətinə çıxa bilərmi? Onu da qarışdırmayaq ki, əmək məzuniyyətindən istifadə etmək hüququnun yaranması başqa anlayışdır, əmək məzuniyyətinə çıxmaq başqa.
Məsələn, işçinin birinci iş ili üçün altı aydan sonra əmək məzuniyyətindən istifadə etmək hüququ var. İndi baxaq görək, həmin işçi altı aydan sonra həmin məzuniyyətdən istifadə edə bilirmi? Əmək Məcəlləsində məzuniyyətlərin verilməsinin növbəlilik anlayışı var. Məcəllədə göstərilir ki, əmək məzuniyyətləri növbəlilik prinsipi əsasında verilməlidir.

Bütün işəgötürənlərdə istehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədilə hər il yanvarın sonunadək əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəlləri tərtib edilə bilər. İstənilən təşkilat üçün belə bir cədvəlin tərtib olunması məcburi deyil. Tutaq ki, müəssisədə 5 nəfər işçi çalışır. Əlbəttə ki, belə bir müəssisədə əmək məzuniyyətlərinin növbəlilik uçotu cədvəlinin aparılmasına ehtiyac yoxdur. Amma orta və iri müəssisələrdə belə nümünəvi uçotun aparılmasına ehtiyac var. Həmçinin, əmək məzuniyyətinin verilmə növbəsi ilk həmkarlar ittifaqları təşkilatının, o olmadıqda isə işçinin rəyi öyrənilməklə işəgötürən tərəfindən təsdiq edilməlidir.

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

 Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın