"Müəssisə üçün HR kimdir" sualina maraqlı cavab:“Qayğıkeş ANA” və “Ədalətli ATA”

"Müəssisə üçün HR kimdir" sualina maraqlı cavab:“Qayğıkeş ANA” və “Ədalətli ATA”

Məşhur Təlimçi Şamo Mürşüdovdan HR-lərin oxumalı olduğu yazı
 
Son 2 il ərzində insan resurslarının idarə edilməsi, bundan sonra “HR”-a, həddən artıq böyük marağın olması çox sevindirici bir haldır. Amma hesab edirəm bu sahədə təsadüfi insanlar olmalı deyil. Necə ki digər iş sahələrində hətta həyatda belə. Səhhətimizdə problem yarandığı zamanı klinikaya müraciət etdiyimiz halda, çalışırıq öz vəzifəsini əla bilən həkimə müraciət edək. Çünki düzgün diaqnoz verib, bizi sağaltması onun bu işi necə bacardığını və bu vəzifəyə layiqli olması, düzgün peşə seçimi etməsidir. Eyni zamanda da HR sahəsində çalışan və çalışmaq istəyən gənclər peşəkar bilik, təhsildən əlavə müəyyən şəxsi keyfiyyətlərə mütləq sahib olmalıdırlar; bura dəyişikliklərə hazır, liderlik, ünsiyyət, optimistlik, yumor hissinin olması və digər keyffiyətlər olmalıdır ki, ən vacib keyfiyyətlərdən başlıcası insanlara açıq, əl çatan bir şəxs olmalıdır. Əgər həmin şəxsin insanlarla işləmək istəyi daxildən gəlmir və duyulmursa o zaman çətin ki həmin şəxs bir HR ola bilər.
 
Bəs o zaman “kadrovik” və “HR”-ın fərqi nədir?
 
Uzun illər bundan əvvəl, hətta deyərdim mən doğulmamışdan da öncə olan bu peşə “Kadrovik” hal hazırda da mövcuddur. Sadəcə bu peşə sahibləri hal hazırda müasir görünmə üçün buna HR adı veriblər. Amma nəzəri baxımdan dərinliyə baş vursaq müasir HR tam fərqli bir peşə hətta deyərdim elmdir. “Kadrovik” peşəsini indi də davam etdirən şəxslərdə bəzi hallarda günah yoxdur. Bu peşəni formalaşdıran bəzi şirkət rəhbərləridir. Çünki həmin şəxslər qonşudan qalma geri prinsipi ilə özləri şirkətin strukturnu təsvir edir, mükafatlandırma və motivasiya tədbirlərini özləri təyin edir, KPİ və qreyd sistemini bu qardaş oğludur prinsipi ilə qurur və digər addımları ilə insan resurlsarının idarə edilməsi üzrə çalışan həmkarlarımızı “Kadrovik”-ə çevirir.
 
Bilmirəm nə vaxt “Kadr hər şeyi həll edir” fikri formalaşıb, amma hal hazırda bu fikir hamı üçün aydındır. Həqiqətən də günü gündən daha çox şirkət rəhbərliyi anlamağa başlayır ki, şirkət üçün vacib və əsas kapital – İNSANLARDIR. Bu baxımdan da HR idarə və ya şöbəsinin əhəmiyyətini dərk etməyə başlayıblar.
 
Bəs digər sual yaranır ki, biz HR olduq və bununla hər şey bitirmi?
 
HR nəzəri biliklərini inkişaf etdirməklə, yeni müasir trendləri, beynəlxalq təcrübəni yerli iş mühitimizdə tətbiq edilməsi ilə iş bitmir. Birinci növbədə HR şəxsiyyət olaraq özünü daim inkişaf etdirməlidir. Bəs bu nə üçün bu qədər önəmlidir. Bu zaman özünüzə HR olaraq bir sual verə bilərsiz ki, HR əməkdaşların yoxsa rəhbərliyin tərəfində olmalıdır?
 
Real bir həyat situasiyasını misal göstərim: Tutaq ki bir xanım layiqli, tərbiyəli və çox yaxşı bir insanla ailə həyatı qurur. (təsəvvür edək ki, xanım yeni bir kadrdır) Bundan sonra bəy (təsəvür edək ki, şirkət rəhbəri), xanımı öz ailəsi, yəni valideynləri ilə yaşamağa gətirir. (bəyin valideynlərini HR kimi təsəvvür edək). Bəyin anası (HR) yeni ailə quran cütlüyə hər tərəfli dəstək olmağa çalışır və eyni zamanda ailənin yeni üzvü gəlini (kadr) öyrətməyə başlayır. Ailə daxili qayda qanunları ana (HR), bəy (rəhbər) isə digər öz qayda və tələblərini yeni ailəsində (şirkətdə) tətbiq etməyə çalışır. Bəzən isə bəy, həyat yoldaşının gözləntilərini, maraqlarını və hisslərini nəzərə almayaraq istədiyi qaydaları ailəsində tətbiq etməyə çalışır. Amma yaranmış konfliktlər və anlaşılmazlıqları həll etmədə ana (HR) yardımçı olur. Ana qayğıkeş olaraq, Ata isə ədalətlilik prinsipi ilə heç kimin tərəfini saxlamayaraq problemi həll etməyə çalışırlar. Ana və Ata (HR) başa düşür ki, xırda problemlər böyüyüb sabah bir ailənin dağılmasına gətirib çıxara bilər. Bu səbəbdən də ana qayğıkeş və ata isə ədalətlilik prinsipi ilə ailənin firavan və xoşbəxt yaşamasına çalışır. Qeyd olunanların əksi olduqda isə əksər hallarda isə vəziyyətin sonu uğursuz sonluqla nəticələnir. Eynisi ilədə şirkətlərdə bu vəziyyəti şamil etmək olar. Bu səbəbdən əziz HR həmkarlar, çalışdığınız şirkət üçün “qayğıkeş ANA” və “ədalətli ATA” olmağınız çox önəmlidir.

0 Komment

    Şərh yazın

    Xəbərlər