.jpg)
2025-ci ilin mart ayında altıgünlük iş rejimi üçün iş norması necə tənzimlənməlidir?
Mks.az saytının ekspertlərinin yanaşmasını təqdim edirik
MKS Academy 15 mart 2025-ci il tarixdə (şənbə günü), saat 10:00-13:00-də onlayn formada “Fərqli iş rejimlərində əmək haqqının hesablanması və ƏMAS-da əks etdirilməsi” və saat 14:00 – 17:00-da isə əyani formada "Vəzifə və əmək haqqının dərəcələndirilməsi, struktur və ştat cədvəlinin tərtibi" mövzusunda tematik təlim keçirəcək. Təlimdə iştirak etmək üçün 050-368-12-72 saylı (what’s app da aktivdir) telefonla əlaqə saxlaya bilərsiniz.
Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədovun 15 fevral 2025-ci il tarixli, 23 saylı qərarı ilə iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Beşgünlük iş rejiminə Nazirlər Kabinetinin 23 saylı qərarının təsiri aydındır. Son vaxtlar həmkarlarımız arasında fikir ayrılığı yaradan altıgünlük iş rejimində prosesin necə tənzimlənməsidir. Mks.az saytının ekspertləri bu suala aydınıq gətiriblər.
Altıgünlük iş rejimi üçün mart ayında hansı günlər bayram və ya istirahət günləri sayılır?
2025-ci ilin istehsalat təqviminə əsasən, 2025-ci ilin mart ayında altıgünlük iş rejimi üzrə aşağıdakı günlər istirahət günü hesab edilir:
- 8 Mart – Qadınlar Günü (1 gün)
- 20, 21, 22, 23, 24 mart – Novruz bayramı (5 gün);
- 30, 31 mart – Ramazan bayramı;
- 25 mart - Novruz Bayramı günlərinə düşən 23 mart 2025-ci il tarixi bayram gününə təsadüf etdiyi üçün əlavə istirahət günü sayılır;
- 2, 9 və 16 mart - bazar günlərinə təsadüf etdiyi üçün istirahət günüdür.
Əlavə olaraq bildirək ki, Qurban bayramı günlərinə təsadüf edən 30 marta görə 1 aprel əlavə istirahət günü hesab olunmalıdır.
Beləliklə, Nazirlər Kabinetinin iş və istirahət günlərinin yerlərinin dəyişməsini nəzərə almasaq, mart ayında altıgünlük iş rejimi üçün 12 gün bayram və ya istirahət günləri olduğundan 19 iş günü var.
Altıgünlük iş rejimində mart ayı üzrə iş normasına gəlincə isə, bir qayda olaraq, altıgünlük iş rejimində həftənin ilk beş günü 7 saat, şənbə günü isə 5 saat iş vaxtı olmaqla 40 saatlıq həftəlik norma gözlənilir. Mart ayında olan iş günlərini həmin norma ilə nəzərə alsaq, aylıq iş norması 14 gün (3, 4, 5, 6, 10, 11, 12, 13, 14, 17, 18, 26, 27 və 28 mart) - 7 saat, bayram günündən öncə iş vaxtının bir saat azadılması nəzərə alınmaqla 2 gün (7 və 19 mart) – 6 saat, 2 gün şənbə günü olduğuna görə (1 və 15 mart) – 5 saat, 1 şənbə günü bayram günündən öncə olduğu üçün iş vaxtı bir saat azadılaraq (29 mart) – 4 saat olacaq. Beləliklə, altıgünlük iş rejimində mart ayı üzrə iş norması 124 saat (14 gün x 7 saat + 2 gün x 6 saat + 2 gün x 5 saat + 1 gün x 4 saat) təşkil etməlidir.
2025-ci ilin istehsalat normasına əsasən, mart ayı üzrə aylıq iş norması 110 saat olmalıdır. Göründüyü kimi, beşgünlük və altıgünlük iş norması arasında 14 saat (124 saat – 110 saat) fərq mövcuddur.
2025-ci ilin istehsalat təqvimi ilə bağlı qərarda qeyd edilir ki, istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. Həmçinin, qərarda qeyd edilir ki, iş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz.
Bundan əlavə, iş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə kollektiv müqaviləyə uyğun həll olunur.
Qərardan göründüyü kimi, altıgünlük iş rejimində beşgünlük iş həftəsi ilə müəyyən edilən norma gözlənilməlidir.
Altıgünlük iş həftəsində mart ayı üçün iş vaxtı norması necə müəyyən edilməlidir?
Fikrimizcə, Nazirlər Kabinetinin 23 saylı qərarı beşgünlük iş həftəsinə tətbiq olunduğu üçün onu olduğu kimi altıgünlük iş həftəsinə tətbiq etmək doğru sayılmamalıdır. Cünki Nazirlər Kabinetinin qərarında istirahət günü kimi nəzərə alınan 10 mart 2025-ci il tarixi altıgünlük iş həftəsində iş günüdür.
E-gov.az saytında qeyd edilən iş gününün - 28 mart 2025-ci il tarixinin istirahət günü hesab edilən 1 aprel 2025-ci il tarixi ilə dəyişdirilməsi qərarın fəlsəfəsinə uyğun gəlmir. Çünki Nazirlər Kabinetinin 23 saylı qərarının məqsədi iş və istirahət günlərinin ardıcıllığını təmin etməkdir. Altıgünlük iş həftəsində 28 mart 2025-ci il tarixini istirahət günü hesab etsək, qərarın məqsədinə uyğun olar. Çünki 28 mart tarixindən öncəki (27 mart 2025-ci il) və sonrakı (29 mart 2025-ci il) günlər iş günləridir.
Nazirlər Kabinetinin qərarına əsasən, beşgünlük iş həftəsində 12 ardıcıl istirahət günündən sonra 1 aprel tarixinin iş günü olmasını nəzərə alsaq, fikrimizcə, altıgünlük iş həftəsində həmin tarixin istirahət günü olması müəyyən anlaşılmazlıqlar yarada bilər. O səbəbdən də, altıgünlük iş həftəsində istirahət günü olan 1 aprel 2025-ci il tarixinin iş günü olan 26 mart 2025-ci illə yerdəyişməsi daha doğrudur. Bu halda altıgünlük iş həftəsində işçilər ardıcıl olaraq 7 gün (20-26 mart 2025-ci il) istirahət etmiş olacaqlar. Eyni zamanda, altıgünlük iş həftəsində mart ayı üzrə iş vaxtı norması 124 saat yox, 117 saat (124 saat - 7 saat (26 mart 2025-ci il)) təşkil edəcək. İşəgötürən 6 günlük iş normasının tənzimlənməsi məqsədilə 27 mart 2025-ci il tarixini də istirahət günü elan etməklə iş saatlarını azaldaraq 2025-ci ilin mart ayı üzrə nəzərdə tutulmiş 110 saatlıq iş vaxtını təmin edə bilər.
Bir daha bildiririk ki. Nazirlər Kabinetinin 23 saylı qərarı beş günlük iş həftəsi üçün nəzərdə tutulsa da, 2025-ci ilin istehsalat normasında qeyd edilən 110 saatlıq iş norması altıgünlük iş həftəsi üçün də tələbdir. Təklif etdyimiz variantda işəgötürən 26 və 27 mart tarixlərini istirahət günü, 1 aprel 2025-ci il tarixini isə iş günü elan etməklə mart ayı üzrə iş vaxtı normasına əməl edəcək.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2025
2. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı"
3. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
4. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı IV nəşr) -2025 (fevral ayından satışda olacaq)
6. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
7. ƏMAS Platforması - 2024 (II nəşr)
8. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr (fevral ayından satışda olacaq)
8. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr (fevral ayından satışda olacaq)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın