Bu müddəalara əsasən, DƏMX-dən bildirilib ki, əmək müqaviləsinə xitam verilərkən işçi öz arzusu ilə əmək məzuniyyətindən (42, 46, 56 təqvim günü və s.) istifadə edə bilər və məzuniyyətin son günü işçinin işdənçıxma tarixi hesab edilir. Məzuniyyətdən istifadə edilmədiyi halda isə əmək müqaviləsinə xitam verilərkən hər hansı şərt və ya məhdudiyyət qoyulmadan bütün iş illərinin əsas məzuniyyətinə (çalışdığı peşəsi (vəzifəsi) nəzərə alınmaqla 21 və ya 30 təqvim günü) görə pul əvəzinin ödənilməsi qanunvericiliyin tələblərinə uyğundur.