Dövlət qurumu işəgötürənin ƏMAS altsistemində texniki səhvlərinin aradan qaldırıması ilə bağlı müraciətlərinə niyə imtina verir?

Dövlət qurumu işəgötürənin ƏMAS altsistemində texniki səhvlərinin aradan qaldırıması ilə bağlı müraciətlərinə niyə imtina verir?

Dövlət Əmək Müfəttişliyi Xidməti imtina ilə bağlı qərarını necə əsaslandırır?

MKS Academy-nin sayca 8-ci “ƏMAS Platforması: A-dan Z-yə” mövzusunda tematik təlimi 21 dekabr 2024-cü ildə saat 11:00-da baş tutacaq. 300-ə yaxın məzunu olan tematik təlimdə ƏMAS-la bağlı bütün proseslər (vəzifəli şəxsin qeydiyyatı, səlahiyyətlərin verilməsi, struktur əməliyyatları, ştatın yaradılması, əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və xitam veriməsi, əmrlərin hazırlanması, işəgötürən və işçi arasında yazışmalar və s.) barədə geniş məlumat verilir. Yalnız onlayn formada keçirilməsi nəzərdə tutulan 3 saatlıq tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı (what’s app da aktivdir) telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamaq lazımdır.

ƏMAS altsisteminin tətbiqindən bir qədər sonra  “Əmək müqaviləsi bildirişi və əmrlər üzrə müraciətlər” bölməsi istifadəyə verildi. Həmin bölmədəki “Əmək müqaviləsi bildirişinin keçmiş tarixə icazə müraciətini yarat” və “ Etibarsızlaşdırma üzrə müraciət yarat” altbölmələri vasitəsilə işəgötürənlər ƏMAS altsistemindəki texniki səhvlərin aradan qaldırılması ilə bağlı müraciət etmək imkanıqazandılar. Amma insan resursları sahəsində çalışan həmkarlarımız qeyd edirlər ki, son vaxtlar Dövlət Əmək Müfətttişliyi Xidməti ƏMAS altsistemindəki texniki səhvlərin (əmək müqaviləsinin öncəki tarixə daxil edilməsi, əmək müqaviləsi üzrə məlumatların səhv daxil edilməsi və s.) aradan qaldırılması ilə bağlı müraciətlərə rəsmi şəkildə imtina qərarı verir.

Dövlət Əmək Müfətttişliyi Xidməti bunu belə əsalandırır ki, işəgötürən tərəfindən ƏMAS altsitemində olunan texniki səhvlərin qaldırılması onların səlahiyyətlərinə aid edilməyib. Dövlət qurumu tərəfindən işəgötürənin müraciətinə cavab məktubundan müvafiq bölməni təqdim edirik: “Nəzərinizə çatdırırıq ki, Əmək Məcəlləsində, o cümlədən "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamədə" Dövlət Əmək Müfəttişliyi Xidmətinə əmək müqaviləsinin geri tarixə daxil edilməsi səlahiyyəti verilməmişdir. Müraciətinizdə qeyd edilən olunan şəxsin adına "Əmək və məşğulluq" altsisteminə əmək müqaviləsinin geri tarixə daxil edilməsi üçün məhkəməyə müraciət edilməsi məqsədəuyğundur”.

Dövlət qurumundan oxşar məzmunlu cavablar texniki səhvlərin (əmək müqaviləsi üzrə məlumatları texniki səhv olaraq daxil edilməsi və s.) aradan qaldırılması ilə müraciət edən işəgötürənlərə göndərilib. Rəsmi cavabdan göründüyü kimi, Dövlət Əmək Müfəttişliyi Xidməti ƏMAS altsistemi üzrə texniki səhvlərin aradan qaldırılması üçün onlara yox, məhkəməyə müraciət etməyi məsləhət görür. Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən, fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.  

Beləliklə, işəgötürənin ƏMAS altsistemində etdiyi hər hansı texniki səhv (əmək müqaviləsinə yanlış xitam, əmək müqaviləsinə texniki səhv olaraq məlumatların daxil edilməsi və s.) tərəflərin (işəgötürən və texniki səhvə məruz qalan işçi) mediasiya prosesində iştirakını labüd edir. Mediasiya prosesinin nəticəsində ƏMAS altsistemində proses həll olunmazsa, tərəflər yaranmış texniki səhvin aradan qaldırılması üçün məhkəmədə görüşməli olacaqlar. Dövlət Əmək Müfəttişliyi Xidməti də mediasiya qurumunun və ya məhkəmənin müvafiq sənədinə uyğun olaraq ƏMAS altsistemində texniki səhvin aradan qaldırılması ilə bağlı prosesi həyata keçirmiş olacaq. Bu səbəbdən işəgötürənlər ƏMAS altsistemində baş verən texniki səhvlərin aradan qaldırılması üçün ilkin olaraq mediasiya qurumuna müraciət etməlidir. Qeyd edək ki,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarına əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə ikin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq 50 manat müəyyən edilib.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər