Əmək Məcəlləsində son dəyişikliklər nəzarəti gücləndirəcək?

Əmək Məcəlləsində son dəyişikliklər nəzarəti gücləndirəcək?

Satışına START verilən "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" kitabından seçmə

Əmək Məcəlləsində son dəyişikliklərinin əsas məqsədi olaraq elektron nəzarət imkanlarının yaradılmasını qeyd etmək olar. Belə ki, dəyişikliklərə qədər əmək müqaviləsi bildirişi anlayışından istifadə edildiyi üçün işçinin elektron əmək müqaviləsinə qeyd etdklərinin hüquqi əsası yox idi. Son dəyişiklikdən sonra Dövlət Əmək Müfəttişliyi Xidmətinin işəgötürən və işçi arasında elektron sənəd formasına bağlanan əmək müqaviləsinin bütün  şərtlərinə baxmaq imkanının yaradılmasını nəzarət mexanizminə dəstək kimi göstərmək olar.  Həmçinin işəgötürən və işçi arasında elektron aparılan rəsmi yazışmalarla yanaşı xitam və məzuniyyətlərin elektronlaşdırıması da dövlət qurumu tərəfindən nəzarət alətlərindən istifadəyə dəstək olacaq. Eyni zamanda işəgötürən tərəfindən işçinin əmək haqqı məlumatları ilə bağlı haqq-hesab cədvəlinin ona göndərilməsi işçinin hüququnun təmin edilməsi ilə yanaşı dövlət qurumunun da fərdi əmək mübahisələri zamanı istinad sənədlərinə aid ediləcək. 
Mİsal 1. İşəgötürən mütəxəssis vəzifəsində çalışan işçininin əsas məzuniyyət günlərini elektron əmək müqaviləsində 30 gün yox, 21 gün kimi qeyd edib. Dəyişikliyədək dövlət qurumunun yoxlamaları zamanı işəgötürən kağız formada bağlanan əmək müqaviləsində 21 gün yox, 30 gün qeyd etdiyi üçün ƏMAS altsistemində qeyd edilən günlərin sayının hər hansı hüququ qüvvəsi olmurdu. Yeni dəyişiklikdən sonra elektron sənəd formasında bağlanan əmək müqaviləsi həm işəgötürən, həm də işçi tərəfindən imzalandığı üçün kağız formada əmək müqaviləsi bağlanmasına ehtiyac yaranmır. Bu səbəbədən də, dövlət qurumu üçün hüquqi qüvvəsi olan sənəd elektron sənəd formasında bağlanan əmək müqaviləsi olacaq.
Fərdi əmək mübahisələri zamanı rast gəlinən digər hala baxaq.
Mİsal 2.  Dəyişikliyədək aşağıda qeyd olunan hal mümkün idi: işçi iddia edir ki, əmək müqaviləsinə xitamla bağlı 1 ay öncədən ərizəni təqdim etsə də, işəgötürən onun əmək müqaviləsinə xitamı verməyib, işəgötürən isə bildirir ki, ərizə forması müvafiq bölməyə təqdim edilməyib. Mümkün idi ki, işəgötürən işçinin ərizəsini qeydiyyata salmayaraq ləğv etsin. Amma yeni dəyişiklikdən sonra işçi Əmək Məcəlləsinin 69-cu maddəsinə uyğun olaraq bir ay öncədən ərizəni elektron formada təqdim etdiyi halda işəgötürən ərizənin təqdim olunmaması iddiası ilə çıxış edə bilməyəcək.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın