Minimum əmək haqqı ilə bağlı nəzərə alınacaq 3 VACİB MƏQAM

Minimum əmək haqqı ilə bağlı nəzərə alınacaq 3 VACİB MƏQAM

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (IV nəşr) kitabından seçmə

Əmək haqqının maksimum həddi müəyyənləşməsə də, minimum məbləği müəyyən edilib. Əmək Məcəlləsinin 155-ci maddəsinə əsasən, minimum əmək haqqı iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.  Həmin maddənin üçüncü hissəsində qeyd edilir ki, aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş  minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. 
Qeyd edək ki, minimum əmək haqqı 1 yanvar 2023cü il tarixdən etibarən 345 manat müəyyən edilib. İndi isə əmək qanunvericiliyinə əsasən, minimum əmək haqqı ilə ilə bağlı vacib məqamları nəzərdən keçirək:
Birinci məqam. Minimum əmək haqqı yalnız ixtisassız işçilərə verilə bilər.
Misal üçün, işəgötürən tərəfindən aylıq iş normasını işləyən mühasibə 345 manat əmək haqqı müəyyən edilməsi məqsədəuyğun hesab edilmir.  Çünki mühasib vəzifəsiz və ixtisassız əməyin sıyahısına aid edilmir. Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmış məşğulluq təsnifatına əsasən, “ixtisassız işçilər” təsnifatının açıqlaması aşağıdakı kimidir: 
 “O peşələr daxil edilir ki, onlarda əl alətlərindən istifadə etməklə əsas etibarilə sadə təkrar olunan, bəzən xeyli fiziki qüvvə tələb edən, kiçik müstəsnalıqla, məhdud sərbəstliklə vəzifələrin yerinə yetirilməsi üçün lazım olan bilik və təcrübənin olması tələb olunur. Başlıca vəzifələr malların küçələrdə satılmasından, qapıçı və gözətçi funksiyalarının yerinə yetirilməsindən, habelə təmizləmədən, paltar yumaqdan, ütüləməkdən, hasilat sənayesində, kənd təsərrüfatında, balıq tutulmasında, tikintidə və ya sənət emalatxanalarında qeyri-ixtisas işlərinin yerinə yetirilməsindən ibarətdir.”  
Nümunə kimi satıcı, gözətçi, kuryer və ya qeydiyyatçı kimi vəzifələri göstərmək olar.
İkinci məqam. Aylıq iş vaxtı normasını işləmiş işçilər minimum əmək haqqından az əmək haqqı ala bilməz.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər ilin sonunda növbəti il üçün istehsalat təqvimi və iş norması vaxtını təsdiqləyir. Misal üçün, 2023-cü ilin fevral ayı üzrə iş norması 160 saat müəyyən edilib. İşəgötürənin “ixsisasız işçi” kateqoriyasına aid edilən işçi ilə bağladığı əmək müqaviləsinə uyğun olaraq, o, 80 saat işləsə və aylıq əmək haqqı 200 manat təşkil etsə, bu, qanun pozuntusu hesab olunmayacaq. Çünki işçi iş vaxtı normasını tam yerinə yetirməyib və iş normasına əsasən müəyyən edilən əmək haqqı işlənilmiş iş vaxtı normasından yüksəkdir. 160 saata uyğun minimum əmək haqqı 345 manat, 80 saata düşən əmək haqqı isə 172,50 manat təşki etdiyi halda işçiyə aylıq 200 manat əmək haqqı hesablanıb. 
Üçüncü məqam. Minimum əmək haqqı müəyyənləşdirilərkən digər gəlirlər nəzərə alınmır.
Aylıq iş vaxtı normasını yerinə yetirən işçinin əmək haqqı 300 manat olsa da, əmək haqqına aylıq 40 manat əlavə və 30 manat mükafat hesablanır. İşçinin yekun əmək haqqı 370 manat təşkil edir. Bu məbləğ minimum əmək haqqıdan yüksək olsa da, bu cür hesablama qanunvericiliyin tələbinə ziddir. Çünki Əmək Məcəlləsinin 155-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əmək haqqının məbləğinə daxil edilmir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər