Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi necə icra olunacaq?

Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi necə icra olunacaq?

Satışına START verilən "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" kitabından seçmə

Hazırda ƏMAS altsistemində işçilərin əmək fəaliyyətləri üzrə məlumatlar iki qrupa bölünür. Elektron əmək müqaviləsi bağlanan və ya qanunvericiliyə dəyişiklikdən sonra əmək müqaviləsinə dəyişikliklər edilən şəxslər “Onlayn əmək müqaviləsi” reyestrində qeyd edilir. Əmək Məcəlləsində edilən son dəyişiklikdən öncə bağlanan və dəyişiklikdən sonra əmək müqaviləsinə hər hansı dəyişiklik edilməyən şəxslər üzrə məlumatlar isə “Onlayn əmək müqaviləsi” reyetstrində olmayacaq. Həmin şəxslər haqqında məlumatlar öncələr olduğu kimi “Əmək müqavilələri bildirişləri reyestri” bölməsinin müvafiq altbölməsində olacaq. 
Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsinin yekunlaşması o halda başa çatmış sayılacaq ki, bütün işçilərin əmək müqavilələri ilə bağlı məlumatların “Onlayn əmək müqaviləsi” reyestrindən əldə edilməsi mümkün olsun. O zaman “Əmək müqavilələri bildirişləri reyestri” bölməsinin müvafiq bölməsində aktiv olan hər hansı əmək müqaviləsi bildirişi məlumatlarına rast gəlinməyəcək.
Maraqlıdır ki, əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsinə nə vaxt start veriləcək?
Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq qərarda işəgötürənlər üçün əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin son müddəti müəyyən ediləcək. Bu səbəbdən də, işəgötürənlər həmin qərarı gözləmədən də, əmək müqavilələrinin elektron sənəd formasına keçidi ilə bağlı prosesə start verə bilərlər. Bunun üçün işəgötürənlər ilk növbədə işçiləri üçün gücləndirilmiş elektron imza (Asan imza, SİMA imza və Elektron imza) alınmasını təşkil etməlidirlər. İşçilərin əmək müqavilələri elektron sənəd formasında olduğu üçün əmək müqaviləsinə dəyişikliklər prosesi “onlayn müqavilə” üzərində həyata keçiriləcək. İşçinin əmək müqaviləsində dəyişiklik olmazsa, elektron əmək müqaviləsinə keçidi həyata keçirmək üçün ƏMAS altsistemində “Əmək müqaviləsinə dəyişiklik” bölməsinə keçməklə hər hansı dəyişiklik etmədən əmək müqaviləsinin elektron sənəd formasında hazırlanmasını həyata keçirmək mümkün olacaq. Əmək müqaviləsinin işəgötürən və işçi tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə imzalanması müqavilənin elektron sənəd formasına keçirilməsini təmin edəcək. 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər