ƏMAS-la bağlı YEN TƏLƏB! İşəgötürən hansı halda iş vaxtı rejimi haqqında məlumatları ƏMAS-a daxil etməlidir?

ƏMAS-la bağlı YEN TƏLƏB! İşəgötürən hansı halda iş vaxtı rejimi haqqında məlumatları ƏMAS-a daxil etməlidir?

Satışına START verilən "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" kitabından seçmə

Əmək Məcəlləsinin 103-cü maddənin 4-cü hissəsinə yeni üçüncü cümlə əlavə edilib. Həmin əlavədə qeyd edilir ki, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, növbə cədvəlləri elektron informasiya sisteminə daxil edilir.
Maddə ilə bağlı bəzi məqamlara diqqət yetirək. Əvvəlcə Əmək Məcəlləsinin 103-cü maddəsinə əlavə ediməsinin səbəbini izah edək. 
Fikrimizcə, Əmək Məcəlləsinin 103-cü maddəsinə qeyd edilən əlavənin daxil edilməsində məqsəd Nazirlər Kabinetinin 189 saylı qərarına uyğun əmək qabiliyyətinin müvəqqəti itirilməsinə və hamiləliyə və doğuma görə müavinətlərin hesablanması ilə bağlıdır.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilən “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnaməyə əsasən, müavinətin məbləği sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır.
Beşgünlük və ya altıgünlük iş rejimində işçilərin öncəki 12 aya təsadüf edən iş günləinin müəyyənləşdirmək daha rahatdır. Amma işçi növbəli iş rejimində çalışdığı halda, bəzi işəgötürənlər işçilərin iş günlərini süni surətdə azaltmaqla bir iş gününə düşən qazancın məbləğini artıra bilər. Bu səbəbdən yeni dəyişiklikdə işəgötürən tərəfindən növbə cədvəllərinin elektron informasiya sisteminə daxil edilməsi zərurəti yaranıb.
İşəgötürən tərəfindən növbə cədvəlinin ƏMAS altsisteminə necə daxil edilməsinə gəlincə isə, ilk dövrlərdə işəgötürən tərəfindən təsdiq edilən növbə cədvəllərinin scan variantda elektron informasiya sisteminə yüklənməsi nəzərdə tutulur.
Qeyd edək ƏMAS altsisteminə edilən son dəyişikliklərdə işəgötürənin iş vaxtının cəmlənmiş uçotu tətbiq etməməsi haqqında məlumat tələb edilir:

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər