İşçi hansı halda ərizəsini geri götürmək hüququna malikdir? (4 MİSALLA İZAH)

İşçi hansı halda ərizəsini geri götürmək hüququna malikdir? (4 MİSALLA İZAH)

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (IV nəşr) kitabından seçmə

İşçinin ərizədə göstərdiyi işdənçıxma tarixinədək ərizəsini geri götürməsi halına baxaq. Əmək Məcəlləsinin 69-cu maddəsinin dördüncü hissəsinə əsasən, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
Təcrübədə rast gəlinən hallardan biri də işçinin əmək müqaviləsininin ləğvi ilə bağlı ərizə verdikdən müəyyən müddət sonra fikrindən daşınmasıdır. 
Mİsal 1. İşçi 15 fevral tarixdə işdən çıxmaq haqqında ərizə yazır. Lakin 26 fevral tarixdə işəgötürənə müraciət edərək bildirir ki, işdənçıxma ərizəsini geri götürmək istəyir. İşəgötürən bu müddət ərzində işçiyə onun yerinə yeni işçinin işə götürülməsi ilə bağlı hər hansı xəbərdarlıq etməyibsə, o halda işçinin əvvəlki ərizəsi etibarsız hesab edilir.
Mİsal 2. İşçi 10 fevral tarixdə işdən çıxmaq haqqında ərizəni işəgötürənə təqdim edir. 26 fevral tarixdə işçi ərizəsinin etibarsız hesab edilməsi ilə bağlı işəgötürəni məlumatlandırır. Ancaq məlum olur ki, işçi ərizəsini təqdim etdikdən sonra işəgötürən onun yerinə yeni işçinin seçilməsi ilə bağlı prosedurları həyata keçirib, yekunlaşdırsa da, işçiyə hər hansı rəsmi xəbərdarlıq etməyib. Bu zaman işçinin işdənçıxma ərizəsi etibarsız hesab edilir.
Mİsal 3. İşçi 8 fevral tarixdə işdənçıxma haqqında ərizə ilə işəgötürənə müraciət edir. İşçi sonradan fikrini dəyişərək, 22 fevral tarixdə işdən çıxmayacağı haqqında işəgötürənə məlumat verir. Amma işəgötürən işçiyə 8 fevral tarixdə rəsmi xəbərdarlıq verib ki, işçinin yerinə yeni işçinin seçimi prosesi başa çatıb. Bu halda işçi işdənçıxma ərizəsini geri götürə bilməz və o, ərizəni verdiyi tarixdən 1 ay müddətində işdən azad ediləcək.
Mİsal 4.  İşçi 9 fevral tarixdə işdənçıxma ərizəsi yazır. Qarşılıqlı razılaşma əsasında əmək müqaviləsinə 17 fevral tarixdə xitam verilir. Əmək müqaviləsinə xitam verilən işçi 22 fevral tarixdə işəgötürənə ərizə ilə müraciət edir ki, onun yerinə yeni işçi götürülmədiyi və yenidən işləmək istədiyi üçün işdənçıxma ərizəsi etibarsız hesab edilsin. Bu halda işəgötürən işçiyə rəsmi xəbərdarlıq etmədiyi halda onun  əmək müqaviləsinə xitam verməsinə baxmayaraq, yenidən işə bərpasına qərar verməlidir. 
Sonuncu halla bağlı bəzi həmkarlarımız hesab edirlər ki, işçinin əmək müqaviləsinə xitam verildikdən sonra onun ərizəsinin etibarsız sayılması ilə bağlı müraciət etmək hüququ yoxdur. Çünki işçinin əmək müqaviləsinə xitam zamanı işəgötürən və işçi arasında əmək münasibətləri davam etmiş olmur. Amma təcrübədə fərdi əmək mübahisələrinin yaranması əmək müqaviləsinə xitamdan sonra baş verir. Sonuncu misalımızda qeyd olunan işçi iddia edə bilər ki, onunla əmək müqaviləsinə xitam zamanı xəbərdarlıq müddətinin tələbi gözlənilməyib. Çünki Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, işçi tərəfindən əmək müqaviləsinə xitam zamanı 1 aylıq xəbərdarlıq müddəti qanunvericilikdə nəzərdə tutulub. Həmçinin, Əmək Məcəlləsinin 69.4-cü maddəsində də işçinin ərizəsini etibarsız etmək hüququ da təsbit olunub. Amma bu hüquq o vaxt etibarlı hesab edilir ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Fikrimizcə, Əmək Məcəlləsinin 69.4-cü maddəsindəki yazılı xəbərdalıq olmadığı halda işçi istər əmək münasibətlərinin davam etdiyi, istərsə də xitam halında Əmək Məcəlləsinin 69-cu maddəsi ilə müəyyən edilən 1 aylıq müddətdə ərizəsini etibarsız etmək hüququna malikdir.
Rusiyanın əmək qanunvericiliyində işçi tərəfindən ərizənin etibarsız edilməsi halı nəzərdə tutulsa da, bizim qanunvericilikdən fərqli formada tətbiq edilir. Rusiya Federasiyasının Əmək Məcəlləsinin 80-cı maddəsində qeyd edilir ki, işçi xəbərdarlıq müddəti başa çatmadan öncə ərizəsnin etibarsız etmək hüququna malikdir. Amma bir şərtlə ki, işəgötürən başqa işçiyə rəsmi iş dəvəti verməsin.
Xəbərdarlıq formasına gəlincə bəzi həmkarlarımız xitam əmrində Əmək Məcəlləsinin 69.4-cü maddəsindəki xəbərdarlığı qeyd edir. Amma həmkarlarımıza tövsiyyə edərdik ki, xəbərdalıq formasını ayrıca sənəd kimi hazırlayaraq işçi ilə tanış etmək lazımdır. 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər