Yeni dəyişiklikdən sonra İşəgötürən işçinin əmək stajinı necə müəyyən edəcək? (4 VACİB MƏQAM)

Yeni dəyişiklikdən sonra İşəgötürən işçinin əmək stajinı necə müəyyən edəcək? (4 VACİB MƏQAM)

Yaxın günlərdə satışda olacaq "Əmək Məcəlləsi. son dəyişikliklərin izahı və ƏMAS altsistemində proseslər" kitabından seçmə

Diqqət! MKS Academy-nin əmək qanunvericiliyinə son dəyişikliklərlə bağlı tematik təlimi 7 sentyabr (şənbə günü) tarixində onlayn (saat 10:00 - 13:00) və əyani (saat 15:00 - 18:00) formada olaraq  həyata keçiriləcək. Təlimdə iştirak üçün 050-368-12-72 (what's app da aktivdir) saylı telefonla və [email protected]  adressi ilə əlaqə saxlamaq lazımdır.

Əmək Məcəlləsində son dəyişiklərin edilməsi ilə bağlı Qanunun keçid müddəasında əmək stajının müəyyən edilməsinə aydınlıq gətirilib. Belə ki, Qanunun 12.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş dövlət orqanlarında çalışan, eləcə də əmək müqavilələrinə 2014-cü il iyulun 1-dək xitam verilmiş işçilərin əmək stajı onların əmək kitabçası əsasında müəyyən edilir. Keçid müddəasının tələbləri üzrə 3 məqama diqqət yetirək.
Birinci məqam. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş dövlət orqanlarında çalışan şəxslər üçün əmək stajı onlarn əmək kitabçası əsasında müəyyən ediləcək. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli, 206 nömrəli Fərmanı ilə kağız formada bağlanması mütləq tələb olunan vəzifələrin siyahısı təsdiqlənib.
Mİsal.  Miqrasiya xidməti orqanlarında çalışan xüsusi rütbəli vəzifəli işçinin əmək stajı müəyyən edilərkən həmin şəxsin hansı dövrlərdə çalışmasından asılı olmayaraq iş məlumatları əmək kitabçasında qeyd olunmalıdır.
İkinci məqam əmək müqavilələrinə 2014-cü il iyulun 1-dək xitam verilmiş işçilərin əmək stajı ilə bağlıdır. Sual yarana bilər ki, niyə məhz 1 iyul 2024-cü il tarixi əsas götürülüb? Cünki əmək müqavilələrinin elektron qeydiyyat sistemi həmin tarixdən etibarən fəaliyyətə başlayıb. Digər sual: niyə həmin tarixə əmək müqaviləsinə xitam verilən işçilər nəzərdə tutulub? Çünki işəgötürənlər 1 iyul tarixinə aktiv olan əmək müqavilələrini elektron informasiya sisteminə daxil ediblər. 
Mİsal 1. İşçi 10 oktyabr 2008-ci il tarixdə işə qəbul oluunub. İşəgötürən tərəfindən işçinin əmək müqaviləsinə 12 mart 2015-ci il tarixdə xitam veirlib.  Bu zaman həmin məlumatlar ƏMAS altsistemində mövcud olacaq.
Mİsal 2. İşçi 15 mart 2013-cü il tarixdə işə qəbul olunsa da, əmək müqaviləsinə 1 il müddətdən sonra 15 mart 2014-cü il tarixdə xitam verilib. İşçinin əmək müqaviləsinə 1 iyul 2024-cü il tarixədək xitam verildiyi üçün ƏMAS altsistemində həmin məlumatlar olmayacaq.
Üçüncü məqam isə işçinin əmək stajının izlənməsidir. Qeyd edək ki, işçinin əmək stajından Əmək Məcəlləsinin bəzi maddələrində istifadə edilir. Həmin maddələr haqqında məlumatı təqdim edirik:
Əmək Məcəlləsinin 3-cü maddəsininn 2-1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis – peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədi və son 60 ay ərzində ən azı 24 ay əmək stajı olan və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi (kontraktı) əsasında işləyən şəxsdir (xüsusi rütbəli şəxslər istisna olmaqla). İşğaldan azad olunan ərazidə işləyən mütəxəssis işə qəbul edən işəgötürən onun son 60 ay ərzində ən azı 24 ay əmək stajının olmasını yoxlamalıdır.
Müəsisəsin ləğvi və işçilərin sayının azaldılması və ya ştatları ixtisarı ilə bağlı məsələləri tənzimləyən Əmək Məcələsinin 77-ci maddəsində də əmək stajına istinad olunur. Sadəcə, istər xəbərdarlıq, istərsə də işdənçıxarma müavinəti zamanı işçinin sonuncu iş yeri üzrə əmək stajı nəzərə alınır. 
Əmək Məcəlləsinin 116-cı maddəsinə əsasən, əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri müəyyən edilir. İnsan resursları mütəxəssislərinin əmək stajı ilə bağlı ən çox müraciət etdiyi məsələ əlavə məzuniyyətlərin müəyyənləşdirilməsi ilə bağlıdır. Belə ki, Əmək Məcəlləsinin 116-cı maddəsinə əsasən, beş ildən on ilədək əmək stajı olduqda — 2 təqvim günü, on ildən on beş ilədək əmək stajı olduqda — 4 təqvim günü və on beş ildən çox əmək stajı olduqda — 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
Bir məqamı da bildirək ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və ya sosial məzuniyyət zamanı əmək stajına yox, sosial staja istinad edilir. 
Dördüncü məqam isə, elektron informasiya sistemində məlumatları mövcud olmayan işçilərin əmək stajının müəyyən edilməsidir. 
Mİsal.  İşə qəbul edilən şəxsin 2008-ci ildən 2013-cü il tarixə kimi əmək stajı olsa da, məlum səbəblərdən həmin məlumatlar elektron informasiya sistemində əks olunmayacaq. Bu zaman işəgötürən işə qəbul olunan şəxsdən əmək stajını müəyyən etmək üçün əmək kitabçasından müvafiq səhifələrin surətini tələb edə bilər.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)
6. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
7.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
4.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın