VACİB MƏLUMAT! İşəgötürən hansı işçilərin əmək kitabçlarını təhvil verməlidir?

VACİB MƏLUMAT! İşəgötürən hansı işçilərin əmək kitabçlarını təhvil verməlidir?

2 sentyabr 2024-cü il tarixdən satışda olacaq "Əmək Məcəlləsi. son dəyişikliklərin izahı və ƏMAS altsistemində proseslər" kitabından seçmə

Diqqət! MKS Academy-nin əmək qanunvericiliyinə son dəyişikliklərlə bağlı tematik təlimi 7 sentyabr (şənbə günü) tarixində onlayn (saat 10:00 - 13:00) və əyani (saat 15:00 - 18:00) formada olaraq  həyata keçiriləcək. Təlimdə iştirak üçün 050-368-12-72 (what's app da aktivdir) saylı telefonla və [email protected]  adressi ilə əlaqə saxlamaq lazımdır.

Əmək Məcəlləsində edilən son dəyişikliklərlə bağlı Qanunun keçid müddəasında qeyd edilir ki,  bu Qanun qüvvəyə mindiyi tarixdən elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları işəgötürənlər tərəfindən işçilərə təhvil verilir.
Maddədə diqqət yetiriləsi vacib məqamlara aydınlıq gətirək.
Birinci məqam işəgötürən tərəfindən hansı tarixdən etibarən əmək kitabçalarının qaytarılması ilə bağlıdır. Keçid müddəasında bildirilib ki, bu Qanun qüvvəyə mindiyi tarixdən əmək kitabçaları geri qaytarılmalıdır. Əmək Məcəlləsinə dəyişikliklər haqqında qanunun parlamentdə qəbul tarixi 29 iyun 2024-cü il, dərc edildiyi tarix isə 12 avqust 2024-cü ildir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 85.1-ci maddəsində qeyd edilir ki, qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Bu səbəbdən də Əmək Məcəlləsində edilən dəyişikliklər barədə qanunun qüvvəyə minmə tarixi 12 avqust 2024-cü il tarix hesab edildiyindən işəgötürənlər həmin tarixdən etibarən əmək kitabçalarını işçilərə təhvil verə bilərlər.
İkinci məqam işəgötürən tərəfindən hansi müddətə qədər əmək kitabçalarının təhvil verilməsidir. Keçid müddəasında əmək kitabçalarının təhvil verilməsi ilə bağlı son müddət müəyyən edilməyib. O səbəbdən də əmək kitabçaları işəgötürənlər tərəfindən ağlabatan müddətdə işçilərə təhvil verilməlidir.
Üçüncü məqam təhvil verilən əmək kitabçalarında işəgötürənin hər hansı qeydlər aparıb-aparmaması ilə bağlıdır. Dəyişikliyədək əmək kitabçası işəgötürənlər tərəfindən əmək müqaviləsinə xitam halında təhvil verildiyi üçün xitam haqqında qeydlər imza və möhürlə təsdiq edilirdi. İndiki halda işəgötürənlər cari, yəni əmək müqaviləsinə xitam verilməyən işçilərin əmək kitabçalarını təhvil verdikləri üçün kitabçada hər hansı qeyd aparılmasına ehtiyac yoxdur.
Dördüncü məqam işəgötürən tərəfindən hansı işçilərin əmək kitabçalarının geri qaytarılması ilə bağlıdır. Qanunun keçid müddəasında qeyd edilir ki, elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları işçilərə təhvil verilməlidir. Bu zaman sual yaranır ki, elektron informasiya sistemində məlumatları mövcud olmayan əmək kitabçaları işçilərə geri gaytarılmalıdır? 
Misal üçün, işçinin əmək kitabçasında 1 iyul 2014-cü il tarixədək xitam verilən əmək müqavilələri göstəriciləri qeyd edilib. Bu zaman işəgötürən həmin işçinin də əmək kitabçasını geri qaytarılmalıdır? 
Keçid müddəasından belə anlaşılır ki, elektron informasiya sistemində məlumatları mövcud olmayan əmək kitabçaları işçilərə geri qaytarılmamalıdır. Çünki keçid müddəasında qeyd edilməyib ki, bu Qanun qüvvəyə mindiyi tarixdən bütün əmək kitabçaları işəgötürənlər tərəfindən işçilərə təhvil verilməlidir. Xüsusi olaraq vurğulanıb ki, “elektron informasiya sistemində məlumatları mövcud olan” əmək kitabçaları işçilərə təhvil verilməlidir. Bu səbəbdən də düşünürük ki, işəgötürən yalnız elektron informasiya sistemində məlumatları mövcud olan işçilərə əmək kitabçalarını geri qaytarmalıdır. 
Maraqlıdır ki, niyə keçid müddəasında “1 iyul 2014-cü il tarixədək xitam verilən əmək müqavilələri” anlayışıdan istifadə edilməyib? Cünki 2008-2010-ci illərdə dövlət sosial müdafiə fondu tərəfindən işəgötürənlərin bəzilərindən əmək kitabçası haqqında məlumatların tələb edilməsi həyata keçirildi. Həmin tələblərlə bağlı bütün işəgötürənlər üzrə prosesi həyata keçirmək mümkün olmasa da, bəzi işçilər üzrə məlumatlar elektron informasya sistemində əks olundu. Bu səbəbdən də, həmin şəxslərin əmək stajları üzrə məlumatlar elektron sistemdə əks olunarsa, işəgötürənlər onların da əmək kitabçalarını qaytara bilərlər. 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)
6. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
7.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
4.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər