İşəgötürənlər hansı tarixdən işə qəbul edilən işçilərlə əmək müqaviləsini kağız yox, yalnız elektron formada bağlanmasını həyata keçirəcək?

İşəgötürənlər hansı tarixdən işə qəbul edilən işçilərlə əmək müqaviləsini kağız yox, yalnız elektron formada bağlanmasını həyata keçirəcək?

İşəgötürənlər Əmək Məcəlləsində son dəyişikliklərin nəzərə alaraq işə qəbul prosesini necə tənzimləməlidir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Qanunla Əmək Məcəlləsində dəyişikliklər təsdiq edilib. Dəyişikliyə əsasən, əmək müqaviləsi Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır. Qeyd edək ki, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar dedikdə, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilən  dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) siyahısı nəzərdə tutulub. Həmin siyahıya prokurorluq, ədliyyə, fövqəladə hallar, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi orqanlarında xüsusi rütbəli vəzifələr və xarici işlər orqanlarında diplomatik rütbəli və s.  vəzifələr aid edilir.

Həmkarlarımızı maraqlandıran əsas məsələdən biri ondan ibarətdir ki, işəgötürənlər tərəfindən hansı tarixdən işə qəbul edilən işçilərlə  əmək müqaviləsini kağız yox, yalnız elektron formada bağlanmasını həyata keçirilməsidir. Doğrudur, Əmək Məcəlləsində dəyişikliklərin təsdiqi ilə bagli Qanunun keçid müddəasinda Nazirlər Kabinetinin qərarına istinad mövcuddur. Belə ki, Qanunun 12-3-cü maddəsinə əsasən, Bu Qanun qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanının (qurumun) (Nazirlər Kabineti) müəyyən etdiyi mərhələlərə uyğun olaraq həyata keçirilir. Amma Nazirlər Kabinetinin müəyyən etdiyi mərhələlərlə həyata keçirilən proses Qanun qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsini tənzimlənir. Keçid müddəasında yeni işə qəbul edilən işçilərlə bagli elektron əmək müqaviləsinə imzalanmasınin mərhələlərə uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulmayıb.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konsitutsiya Qanunun 85.1-ci maddəsin əsasən, qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Beləliklə, işəgötürənlər artıq 12 avqust 2024-cü il tarixdən işə qəbul zamanı işçilərlə onların da elektron imzasının təsdiqi ilə olan elektron əmək müqaviləsi bağlanmasını həyata keçirməlidir.

Əldə etdiyimiz məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürənlərə müəyyən müddət ərzində həm kağız üzərində həm də elektron əmək müqaviləsi imzalanmasına şərait yaradacaq. Amma həmin müddət bitdikdən sonra işəgötürənlər ƏMAS-da yalnız işçilərin elektron imzası olduğu halda işə qəbul etmək imkanı yaradılacaq.

Qeyd edək ki, Əmək Məcəlləsinin son dəyişikliklər nəzərə alınmaqla son variantı və son dəyişikliklərin praktiki izahı olan nəşrimiz növbəti həftədən SATIŞDA olacaq. Həmin kitabda Əmək Məcəlləsində edilən son dəyişikliklər bənd- bənd praktiki misallarla izah olunacaq.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)
6. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
7.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
4.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər