ƏMAS-da qalıq məzuniyyət günlərinin qeyd edilməsi ilə bağlı 3 VACİB MƏQAM hansılardır?

ƏMAS-da qalıq məzuniyyət günlərinin qeyd edilməsi ilə bağlı 3 VACİB MƏQAM hansılardır?

Satışı davam edən "ƏMAS Platforması: A-dan Z-yə" (II nəşr) kitabından seçmə

İstifadə edilməmiş məzuniyyət günlərinin müəyyən edilməsi ilə bağlı “Əməyin uçotu: A-dan Z-yə” kitabından geniş məlumat versək də, bu nəşrimizdə də bəzi məqamlara aydınlıq gətirmək istəyirik.
Birinci məqam. İşəgötürən ƏMAS altsistemində yalnız istifadə olunmamış əsas məzuniyyət günlərinin sayını qeyd etməlidir. Əmək Məcəlləsinin 144-cü maddəsində qeyd edilir ki, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin ƏSAS məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin maddənin üçüncü hissəsində xüsusi olaraq vurğulanır ki, əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.
Mİsal.  Əmək müqaviləsinə xitam verilən işçinin əsas məzuniyyət günləri üzrə 30 gün, əmək stajına və ailə vəziyyətinə görə isə 7 gün əlavə məzuniyyəti olmaqla cəmi 37 gün əmək məzuniyyəti qalığı mövcuddur. İşəgötürən ƏMAS altsistemində 37 gün olan əmək məzuniyyətini yox, 30 gün əsas məzuniyyəti qeyd edəcək.
İkinci məqam. Əmək Məcəlləsində pedaqoji və elmi fəaliyyətlə məşğul olan, teatr-tamaşa və bunlara uyğun digər müəssisələrdə çalışan, həmçinin fizioloji keyfiyyətləri və Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilər üçün fərqli əmək məzuniyyəti günləri müəyyən edilib. Həmin işçilərin əmək müqaviləsinə xitam zamanı da əsas məzuniyyət əsas götürülməlidir.
Mİsal. Pedaqoji fəaliyyətlə məşğul olan və rəhbər vəzifədə çalışan işçinin iş illəri üzrə qalıq məzuniyyət günü Əmək Məcəlləsinin 118-ci maddəsinə əsasən, 56 gün təşkil edir. Həmin işçinin əmək müqaviləsinə xitam verdikdə əsas məzuniyyət günləri 56 yox, rəhbər vəzifədə çalışdığı üçün 30 gün müəyyən edilməlidir.
Üçüncü məqam. Xitam tarixinə işçinin artıq istifadə etdiyi məzuniyyət günlərinin olması da mümkündür.
Mİsal. İşçi işə qəbul olunduğu iş ilində 30 günlük əmək məzuniyyətindən tam istifadə etsə də, 8-ci ayda əmək müqaviləsinə xitam verilib. Təbii ki, bu zaman istifadə edilməmiş məzuniyyət günləri mövcud olmayacaq. Əvəzində işlənməmiş günlərə düşən məzuniyyət ödənişləri var. Əmək Məcəlləsinin 175-ci maddəsinin “ç” bəndinə əsasən, müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu işçinin əmək haqqından tutula bilər.
Bu zaman işəgötürən ƏMAS altsisteminin “Qalan məzuniyyət günləri” bölməsində 0 (sıfır) gün qeyd etməlidir. Həmçinin, xitam əmrində “Bənd əlavə et” düyməsini sıxmaqla “İşçinin cari iş ili üzrə işlənməmiş günlərinə düşən 5 günlük əsas məzuniyyət haqqı əmək haqqından tutulsun” əlavəsi edilməlidir.
Həmin əlavə maddə ƏMAS altsistemi tərəfindən hazırlanan əmr formasında da öz əksini tapacaq.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)
6. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
7.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
4.  Vergi Platforması - I nəşr

0 Komment

    Şərh yazın

    Xəbərlər