İşçi ilk iş ilində 6 aydan az işləsə, ona əmək məzuniyyəti verilə bilər?

İşçi ilk iş ilində 6 aydan az işləsə, ona əmək məzuniyyəti verilə bilər?

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (IV nəşr) kitabından seçmə

Təcrübədə rast gəlinən hallardan biri də  6 aydan az işləyən işçiyə işəgötürən tərəfindən məzuniyyət hüququndan istifadə imkanının yaradılmasıdır. İşəgötürənin bu addımı əmək qanunvericiliyinin tələblərinin pozulmasıdır? 
Əmək Məcəlləsinin 131-ci maddəsinin  birinci hissəsinə əsasən, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. 
Əmək Məcəlləsində əmək məzuniyyəti ilə bağlı 6 aylıq müddətin müəyyən olumasında məqsəd işəgötürəni gələcəkdə ödənişlə bağlı yaranan risklərdən qorumaqdır. Qanunvericilik işəgötürənə ən azı 6 aylıq müddət verir ki, həmin müddət bitdikdən sonra işçinin iş ilinin sonuna qədər işləməsini müəyyən edə bilsin. Misal üçün, işəgötürən işçiyə ilk iki aydan sonra 30 günlük əmək məzuniyyəti verir və işçi dördüncü ayda işdən çıxmaq haqqında qərar verdikdə, ödənilən məzuniyyət haqqının bir hissəsinin geri alınmasında problemlər yaranır.
İşəgötürən maliyyə riskini öz üzərinə götürərək, işçiyə 2 aydan sonra uzunmüddətli əmək məzuniyyəti verirsə, artıq bu hal işəgötürən tərəfindən işçilərin əmək şəraitinin yaxşılaşdırılması kimi qəbul edilməlidir. Qeyd edək ki, Əmək Məcəlləsinin 7-ci maddəsinin üçüncü hissəsinə əsasən, kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər. 
Əmək şəraiti normalarının yaxşılaşdırılması zamanı bir məsələni xüsusilə diqqətdə saxlamaq lazımdır ki,  işçilər arasında ayrı-seçkiliyə yol verilməsin. Əgər işəgötürən bir işçinin il ilk işində 6 aydan tez müddətdə əmək məzuniyyətindən istifadəsinə imkan yaradırsa, digər işçilərə də eyni yanaşma olmalıdır. Həmkarlarımıza məsləhət görürük ki, müəssisədə hansısa bir işçinin ilk iş ilində 6 aydan tez əmək məzuniyyətindən istifadə halı varsa, işəgötürən bütün və ya müəyyən kateqoriyalı işçilər üçün bu əlçatanlığı mütləq təmin etməlidir.
Təbii ki,  Əmək Məcəlləsinin 131-ci maddəsinin dördüncü maddəsində nəzərdə tutulan işçilər və ya hallar (on səkkiz yaşına çatmamış işçilər, qadınların hamiləliyə və doğuşa görə — sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra və s.) üçün  qanunvericilik bu tip əmək şəraitinin yaxşılaşdırılması hallarında icazə verir. Ona görə də kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində belə işçilər və hallar üzrə əmək şəraitinin yaxşılaşdırılması üçün normalar müəyyənləşdirməyə ehtiyac yoxdur.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)
6. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
7.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
4.  Vergi Platforması - I nəşr

0 Komment

    Şərh yazın

    Xəbərlər