ƏMAS Platformasında işçilər haqqında geniş məlumatları necə əldə etmək olar?

ƏMAS Platformasında işçilər haqqında geniş məlumatları necə əldə etmək olar?

Satışı davam edən "ƏMAS Platforması: A-dan Z-yə" (II nəşr) kitabından seçmə

ƏMAS-dan işçilər haqqında məlumatların Excel faylında yüklənməsi də mümkündür. İşəgötürən cari işçilərin məlumatlarını bir faylda əldə etmək istəyirsə, “Əmək müqaviləsi bildirişinə dəyişiklik” menyusunun “Qüvvədə olan əmək müqaviləsi bildirişləri” altbölməsinə daxil olmalıdır. 
Həmin menyuda  Excel işarəsi olan düyməni sıxdıqdan sonra bildirişlər olan menyuya və ana səhifəyə məlumat daxil olur:
“Fayl hazırdır. Faylı endir” düyməsini sıxdıqdan sonra yüklənən Excel faylında işçi ilə bağlı bir çox məlumatlar öz əksini tapır. 
“Müqavilənin növü” sütununda məlumatlar “Bağlanmış” və “Dəyişdirilmiş” kimi təsnif olunub. Buradan işçinin əmək müqaviləsinə dəyişiklik olub-olmaması haqqında məlumat əldə etmək olar. “Bağlanmış” kateqoriyasında yeni işə qəbul edilən və əmək müqaviləsində düzəliş aparılmayan işçilərə aid məlumatlar mühafizə olunur.
Sənədin nömrəsi” sütununda işçinin SON əmək müqaviləsi bildirişinin seriyası qeyd edilir.
“Daxil olma tarixi”ində isə, əmək müqaviləsi ilə bağlı SON əmək müqaviləsi bildirişinin nömrəsi qeyd edilir.
“Müqavilənin statusu” sütununda məlumatlar iki cür təsnif olunub: “Qüvvədədir” və “Qüvvəyə minəcək”. Təbii ki, “Qüvvədə olan əmək müqaviləsi bildirişləri” altbölməsində saxlanılan müqavilələrin statusu “Qüvvədədir” olacaq.
FİN”, “SSN”, “Doğum tarixi” və “Tam adı” sütunlarında müvafiq olaraq işçinin şəxsiyyət vəsiqəsindəki FİN kod, sosial sığorta nömrəsi, doğum tarixi, işçinin adı, soyadı və ata adı haqqında məlumatlar öz əksini tapır. Bir məsələni qeyd edək ki, 10 may 2022-ci il tarixdə təqdim olunan ƏMAS altsistemində işçinin sosial sığorta nömrəsinin qeyd edilməsi üçün sütun nəzərdə tutulmamışdı. ƏMAS-a məsul dövlət qurumu ilə görüşlərdə, həmçinin dövlət qurumuna göndərdiyimiz təkliflərdə sosial sığorta nömrəsinin əlavə edilməsini tövsiyə etdik. Sevindirici haldır ki, artıq Excel formatında SSN sütunu əlavə edilib.
“İşçinin aylıq əmək haqqı” qrafasında işçinin son əmək haqqı qeyd edilir. Misal üçün, işə qəbul olunan işçinin ilkin əmək haqqı 500 manat olsa da, sonra 700 manata qaldırılıb. Bu zaman müvafiq sətirdə 500 manat yox, 700 manat, yəni axırıncı dəyişiklik məbləği qeyd ediləcək.
“Vəzifənin adı” qrafasında işçinin əllə daxil edilən vəzifə adı qeyd edilir. ƏMAS-a məsul şəxslərlə görüşdə təklif etmişdik ki, məşğulluq tənsifatını işçilərlə bağlı hesabata daxil etsin.
“Əsas müqavilənin başlama tarixi”ndə işəgötürənlə işçi arasında bağlanan müqavilənin ilkin tarixi qeyd edilir.
“Müqavilənin bağlanma tarixi”ndə isə əmək müqaviləsinə olan son dəyişikliyin tarixi qeyd olunur. Misal üçün, işçi 1 avqust tarixdə işə qəbul edilib və  15 sentyabr tarixdə onun əmək haqqına dəyişiklik olunub. Bu halda “Müqavilənin bağlanma tarixi” 15 sentyabr tarix olacaq. 1 avqust tarixi isə “Əsas müqavilənin başlama tarixi”ndə qeyd olunacaq.
“İşçinin işə başlama tarixi” qrafasında işə qəbul olunan işçinin işə başlama tarixi qeyd olunur. Misal üçün, işəgötürən işçi ilə əmək müqaviləsini 1 sentyabr  tarixdə imzalasa da, işçinin işə başlama tarixi 15 sentyabr müəyyən edilib. Bu zaman 1 sentyabr tarixi “Əsas müqavilənin başlanma tarixi” sütununda, 15 sentyabr tarixi isə “İşçinin işə başlama tarixi” sütununda əks olunacaq.
“Müqavilənin bitmə tarixi” qarafasında əmək müqaviləsinin bitmə tarixi qeyd edilir. Maraqlıdır ki, işçi ilə bağlanan əmək müqaviləsi müddətsiz olduğu halda həmin qrafaya hansı göstərici daxil ediləcək. ƏMAS platforması müddətsiz əmək müqaviləsi halında həmin hissəni boş saxlayır. Qeyd edək ki, istifadəçilər bu bölmədə müddəti bitməyə yaxınlaşan əmək müqavilələrini filtir etməklə onların siyahısını hazırlaya bilər.
Sonuncu sütun “Etibarlılıq statusu” adlanır ki, buradan əmək müqaviləsinin etibarlılığı haqqında məlumatlar əlavə edilir.
Ötən nəşrimizdə qeyd etmişdik ki, təşkilati struktura daxil olan bölmələrin adının daxil edilməsi məqsədəuyğundur. Çünki həmin bölmənin əlavə edilməsi nəticəsində struktur bölmələrinin göstərilməsi işəgötürənə imkan verəcək ki, işçilər bölmələr üzrə düzgün qeyd edilsin və təşkilati struktur optimallaşdırılsın. Sevincidir haldır ki, son dəyişikliklər nəticəsində “Struktur bölmə” sütunu da əlavə edilib. 
Fikrimizcə, əmək müqaviləsi ilə bağlı hesabatlar geniş olsa da, işəgötürənin daxil etdiyi bəzi digər məlumatların da hesabat formasına əlavə edilməsi məqsədəuyğun olardı. Həmkarlarımızla müzakirədən sonra bu istiqamətdəki təklifləri və əsaslandırmanı təqdim edirik:
1) Əsas məzuniyyət günlərinin sayı 
İşəgötürən işçilər üzrə məzuniyyət günləri ilə bağlı hesabatı əldə edərsə, gələcəkdə yanlışlıqla işçinin məzuniyyət hüququnun pozulması hallarının qarşısı alınar.
2) Məşğulluq təsnifatı üzrə vəzifə
Məşğulluq təsnifatı üzrə vəzifənin qeyd edilməsi işçinin rəhbər, mütəxəssis, fəhlə və ya qulluqçu olmasını müəyyənləşdirmək imkanı yaradır. Həmin təsnifatlar üzrə əsas məzuniyyət günlərinin tutuşdurulması imkanı işəgötürənə yarana biləcək səhvlərin qarşısını almaqda yardımçı olardı.
3) İşçinin təhsili haqqında məlumat
İşçinin təhsili haqqında məlumatlar əsasən dövlət qurumları üçün vacibdir. Dövlət qulluğu haqqında qanunvericilikdə bəzi vəzifələr üzrə ali təhsil tələbi olduğu üçün, müvafiq hesabatlılıq həmin prosesi nəzarət altında saxlamağı daha da rahatlaşdırardı.
4) İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilər haqqında məlumat
Həmin məlumatlarda işçinin icbari sığorta müqaviləsinin olub-olmaması ilə bağlı qeydlə yanaşı, həmin müqavilənin bitmə tarixinin də qeyd edilməsi məqsədəuyğun olardı.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)
6. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
7.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Vergi uçotu A-dan-Z-yə - VII nəşr
3. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
4. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
5.  Vergi Platforması - I nəşr

0 Komment

    Şərh yazın

    Xəbərlər