İşçi əliliyə və ya digər hallara görə fərqli əmək məzuniyyəti tətbiq edilməli olan sənədi gec təqdim etdikdə, məzuniyyətin müddəti necə tənzimlənir?

İşçi əliliyə və ya digər hallara görə fərqli əmək məzuniyyəti tətbiq edilməli olan sənədi gec təqdim etdikdə, məzuniyyətin müddəti necə tənzimlənir?

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (IV nəşr) kitabından seçmə

Təcrübədə mümkündür ki, müəyyən kateqoriyaya aid edilən işçi ilə əmək müqaviləsi imzalandıqdan bir müddət sonra o, müvafiq sənədi (gecikməklə) təqdim etsin.
Mİsal. İşəgötürən işçi il əmək müqaviləsini 1 yanvar tarixdə bağlayıb və mütəxəssis kimi çalışan işçinin məzuniyyətinin müddəti 30 gün müəyyən edilib. İşçi 10 fevral tarixdə işəgötürənə Birinci Qarabağ Müharibəsi zamanı travma alması ilə bağlı müvafiq sənədi işəgötürənə təqdim edir. Əmək Məcəlləsinin 120-ci maddəsinə əsasən, döyüşlərdə travma alan işçinin illik məzuniyət müddəti 46 gün olmalıdır. Bu halda işəgötürən işçinin əsas məzuniyyətinin müddətini 1 yanvar tarixdən (əmək müqaviləsinin imzalandığı tarix), yoxsa 10 fevral tarixdən ( sənədin təqdim edildiyi tarix) 46 gün olaraq nəzərə almalıdır?
İşəgötürən işçinin kateqoriyasına əsasən, məzuniyyət müddətinin 46 gün hesab edilməsi barədə əmək müqaviləsinə dəyişiklik hazırlayarsa, artıq yeni müddət əmək müqaviləsinin imzalandığı tarixdən nəzərə alınmalıdır. Çünki Əmək Məcəlləsinin 46-cı maddəsinin beşinci hissəsinə əsasən, bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur.
Maddədən göründüyü kimi, əmək müqaviləsinə şərtin daxil ediliyi tarixdən asılı olmayaraq, həmin şərt müqavilənin bağlandığı gündən etibarlı hesab olunacaq. Beləliklə, məzuniyyətin 46 gün hesablanması sənədlərin təqdim edildiyi yox, əmək müqaviləsinin hüquqi qüvvəyə mindiyi tarixdən nəzərə alınacaq. Mümkündür ki,  işəgötürən məzuniyyətin 46 gün hesablanmamasına səbəb kimi işçinin müvafiq sənəd(lər)i vaxtında təqdim etməməsini göstərsin. İşəgötürən əsaslandıra bilər ki, işçinin səhvi ucbatından sənədlər təqdim edilmədiyindən məzuniyyət günləri daha aşağı müddətdə hesablanıb. Bu halda işəgötürən əmək müqaviləsinə dəyişiklik etmədən, daxili rəsmiləşdirmə ilə 46 günlük məzuniyyətin sənədlərin təqdim olunduğu tarixdən hesablanmasını təmin edə bilər.
Amma bir məsələni vurğulayaq ki, işəgötürənin səhvi ucbatından əsas və ya əlavə məzuniyyət günlərinin səhv hesablanması aşkar olunarsa, bu halda işçinin məzuniyyət günləri həmin hüquqları əldə etmə tarixindən hesablanır.
Mİsal 1. İşəgötürən hüquqşünas vəzifəsində çalışan işçiyə 21 gün əsas məzuniyyət müəyyən edib. İşçinin ikinci iş ilində işçiyə 30 gün əsas məzuniyyəti müəyyən edirsə, o zaman həmin məzuniyyət günlərinin artması əmək müqaviləsi başlandığı tarixdən tətbiq edilməlidir.
Mİsal 2. İşəgötürən ağır və zərərli işdə çalışan işçiyə 6 gün əlavə məzuniyyət müəyyən etməyib, sonradan həmin hal aşkar edilərsə, o zaman əlavə məzuniyyət hüququ əmək müqaviləsi imzalandığı tarixdən tətbiq edilməlidir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
3. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr
4. Vergi uçotu A-dan-Z-yə - VII nəşr
5. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
6. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
7.  Vergi Platforması - I nəşr

0 Komment

    Şərh yazın

    Xəbərlər