İşəgötürən ƏMAS altsisteminə əmək müqaviləsi ilə bağlı işə qəbul məlumatını 1 iş günü ərzində daxil edə bilər?

İşəgötürən ƏMAS altsisteminə əmək müqaviləsi ilə bağlı işə qəbul məlumatını 1 iş günü ərzində daxil edə bilər?

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

Elekton informasiya sisteminə məsul olan dövlət qurumu tərəfindən məlumatların işəgötürənə göndərilməsi müddəti də Əmək Məcəlləsinin 49-cu maddəsi ilə tənzimlənir. Həmin maddənin 2-ci hissəsində qeyd edilir ki, elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir.
Həmçinin, Məcəllənin 49-cu maddəsinin 2-2-ci hissəsinə əsasən, bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir.
Maddələrdən göründüyü kimi, dövlət qurumu tərəfindən bildirişin göndərilməsi 1 iş günündən gec olmayaraq həyata keçirilməlidir. 
Bəzi həmkarlar hesab edirlər ki, Əmək Məcəlləsinin 49-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulan 1 iş günü imkan verir ki, işəgötürən əmək müqaviləsi haqqında məlumatları həmin müddətdə ƏMAS altsisteminə daxil etməlidir.
Mİsal. İşəgötürən əmək müqaviləsi bağladığı işçinin işə başlamasını 6 mart tarixinədək qeyd etsə də, ƏMAS altsistemində 7 mart tarixində qeydiyyata alıb. İşəgötürənin bu addımı əmək qanunvericiliyinin tələblərinə ziddir. Çünki maddədə 1 iş günü tələbi işəgötürənə yox, qeydiyyatı həyata keçirən dövlət qurumuna aiddir. Yəni işəgötürən 6 mart tarixində ƏMAS altsisteminə daxil etdiyi məlumat əsasında dövlət qurumu ən geci 1 iş günü ərzində, yəni 7 mart tarixində işəgötürənə göndərməlidir. Təcrübədə dövlət qurumu tərəfindən həmin proses dərhal həyata keçirilsə də, əmək qanunvericliyi maksimum müddət olaraq 1 iş günü müəyyən edib. 
İşçi ilə əmək müqaviləsi bağlansa da, işəgötürənin həmin məlumatları növbəti tarixdə daxil etməsi halında hesablamlar necə həyata keçirilir? 
Təcrübədə rast gəlinən maraqlı hallardan biri işçi ilə əmək müqaviləsinin imzalanmasına baxmayaraq, texniki səbəblərdən işçinin əmək müqaviləsinin elektron informasiya sisteminə daxil edilməsinin mümkün olmaması və işçiyə ötən günlərə görə əmək haqqı hesablanıb-hesablanmamasıdır.
Mİsal. Əmək müqaviləsinə əsasən, işçi 10 fevral tarixdə işə götürülüb, amma məlumatların bazaya işlənilməsi və bildirişin alınması texniki səbəbdən 12 fevral tarixdə baş verib. Bu zaman işəgötürən 10 və 11 fevral tarixləri üçün işçiyə əmək haqqı hesablamalıdır? Qeyd etdiyimiz kimi, Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 
Beləliklə, işəgötürən işçinin əmək fəaliyyətinə o halda icazə verə bilər ki, əmək müqaviləsi bildirişi qeydiyyata alınsın. Amma misalımıza uyğun olaraq qeyd edək ki, təcrübədə bəzən işəgötürən əmək müqaviləsi bildirişi almadan işçini işə cəlb edir. İşəgötürən sonradan həmin problemi aradan qaldırmaq üçün “Əmək müqaviləsi bildirişi” altsisteminə xidmət göstərən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi müraciət edə bilər, lakin bu halda əmək müqaviləsinin sistemə daxil edilməməsi səbəbləri obyektiv olmalıdır. Səbəblər əsaslı olduqda həmin əmək müqaviləsinin “Əmək müqaviləsi bildirişi” altsisteminə işçinin işə başladığı tarixdən daxil edilməsi üçün işəgötürənə imkan yaradılır. Obyektiv səbəblərə misal kimi, ölkədə intertnet probleminin mövcud olmasını və s. göstərmək olar. İşəgötürən işçinin işlədiyi günlərə uyğun olaraq əmək haqqının hesablanmasını da həyata keçirə bilər. 
Qeyd edək ki, dövlət qurumu işçi ilə əmək müqaviləsi bağlandıqdan sonrakı tarixlərdə ƏMAS altsistemində qeydiyyata alınması halında hər hansı əsaslı səbəb müəyyən edilmədikdə, İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun olaraq inzibati cərimə tətbiq edə bilər. 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
3. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr
4. Vergi uçotu A-dan-Z-yə - VII nəşr
5. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
6. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
7.  Vergi Platforması - I nəşr

0 Komment

    Şərh yazın

    Xəbərlər