118, 119, 120 və 121-ci maddələrə uyğun fərqli əmək məzuniyyəti olan işçilərin əsas məzuniyyəti xitam zamanı necə tənzimlənir? (4 Misalla izah)

118, 119, 120 və 121-ci maddələrə uyğun fərqli əmək məzuniyyəti olan işçilərin əsas məzuniyyəti xitam zamanı necə tənzimlənir? (4 Misalla izah)

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrinə uyğun işçilərə əmək məzuniyyəti fərqli formada hesablanır. Misal üçün, Əmək Məcəlləsinin 119-cu maddəsinin ikinci hissəsinə əsasən, orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir.
Maraqlıdır ki, həmin işçilərin əmək müqaviləsinə xitam zamanı əsas məzuniyyətləri neçə gün nəzərə alınmalıdır?

Mİsal 1. Operator vəzifəsində çalışan və əliliyi olan işçinin xitam tarixinə qalıq məzuniyyəti 42 gün təşkil edir. Həmin işçinin əmək müqaviləsinə xitam verildikdə onun əsas məzuniyyət günləri 56 gün yox, operator vəzifəsində çalışdığı üçün 21 gün nəzərə alınmalıdır. İstifadə edilməmiş məzuniyyətə görə hesablama da 21 gün üzərindən həyata keçirilməlidir.
Başqa bir halı  pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilər üzrə nəzərdən keçirək.
Mİsal 2. Riyaziyyat müəllimi kimi fəaliyyət göstərən işçiyə Əmək Məcəlləsinin 118-ci maddəsinə əsasən 56 təqvim günü müddətində əsas məzuniyyət müəyyən edilib. İşçinin əmək müqaviləsinə xitam zamanı onun mütəxəssis olması nəzərə alınaraq 30 günlük əsas məzuniyyətə uyğun kompensasiya hesablanmalıdır.
Mİsal 3.  “Şuşanın azad olunmasına görə” medalını almış işçiyə Əmək Məcəlləsinin 120-ci maddəsinə uyğun olaraq 46 gün əmək məzuniyyəti müəyyən edilib. Baş mühasib vəzifəsində çalışan işçi əmək məzuniyyətindən 10 gün istifadə edib. İş ili başa çatan işçinin əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiyanın hesablanmasını nəzərdən keçirək. İşçi mütəxəssis vəzifəsində çalışdığı  üçün əsas məzuniyyəti 30 gün kimi nəzərə alınmalıdır. Kompensasiya hesablanan zaman işçinin istifadə etdiyi 10 günlük əmək məzuniyyəti 30 günlük əsas məzuniyyətdən çıxılmır.
Xitam tarixinə əsas məzuniyyət günündən çox əmək məzuniyyətindən istifadə halını da misal üzərində nəzərdən keçirək.
Mİsal 4. Məşqçi müəllim vəzifəsində çalışan işçiyə Əmək Məcəlləsinin 118-ci maddəsinin ikinci hissəsin əəsasən, 42 gün əmək məzuniyyəti müəyyən edilib. İşçi 20 günlük əmək məzuniyyətindən istifadə etdiyi üçün xitam tarixinə istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiyanın hesablanmasına baxaq. İşçinin qalıq əmək məzuniyyəti 22 gün olsa da, müətəxəssis vəzifəsində çalışan işçinin 30 gün müddətində əsas məzuniyyət hüququ var. Bu zaman işçiyə 22 günlük əsas məzuniyyət üzrə kompensasiya hesablanmalıdır.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
3. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr
4. Vergi uçotu A-dan-Z-yə - VII nəşr
5. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
6. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
7.  Vergi Platforması - I nəşr

1 Komment

  1. Elçin 04 İyul 2024

    Xitam zamanı məzuniyyətlərin istifadəsi və ya kompensasiyası ilə əlaqədar tənzimlənməni düzgün şərh etməmisiniz. Məcəllənin 144-cü maddəsinin 2-ci hissəsinin tələbinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əlilliyi olan işçilərə 30 gün yox, 42 gün (əsas məzuniyyətin müddətidir) üzrə kompensasiya verilməlidir.

Şərh yazın

Xəbərlər