İşəgötürən işə qəbul zamanı işçidən əlillik haqqında sənəd tələb edə bilər?

İşəgötürən işə qəbul zamanı işçidən əlillik haqqında sənəd tələb edə bilər?

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

İnsan resursları sahəsində çalışan mütəxəssislər arasında mübahisə yaradan məsələlərdən biri də işçilərdən əlavə sənədlərin tələb edilməsidir. Təcrübədə işə qəbul olunan işçilərdən hərbi bilet, sosial kateqoriyaya aid olmasını təsdiq edən sənəd, nigah şəhadnaməsi, tərcümeyi-hal və digər sənədlər tələb edilir. Əmək Məcəlləsinin 48-ci maddəsinin altıncı hissəsinə əsasən, əmək münasibətlərinə girən işçidən bu Məcəllədə nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır.
Fikrimizcə, bu maddənin təkmilləşdirilməsinə ehtiyac var. Misal üçün, Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən, müəyyən sosial kateqoriyaya aid edilən (Milli Qəhrəman, müharibə veteranı, əlil və sair) işçilərə əmək haqqıdan güzəştlər tətbiq olunur. Vergi qanunvericiliyinə əsasən, işçilərə güzəştin tətbiqi həmin sənədlərin təqdim edilməsindən başlayır. Bu səbəbdən də, Əmək Məcəlləsində dəyişiklik edilməli, işin xüsusiyyətinə görə və sosial kateqoriyaya mənsubluqla bağlı sənədlərin təqdim edilməsi məsələsində məhdudiyyətlər qoyulmamalıdır.
Bəzən işəgötürən sağlamlıq imkanları məhdud olan işçinin əmək müqaviləsinə xitam verdikdən sonra məlum olur ki, işçinin himayəsində sağlamlıq imkanları məhdud şəxs var. İşçi həmin sənədi əmək müqaviləsinə xitamdan sonra məhkəməyə təqdim edir və adətən, işçinin işə bərpa olunmasına qərar verilir. O səbəbdən məqsədəuyğun olardı ki, işəgötürən işçinin işə qəbulu zamanı həmin şəxsin əlilliyi, himayəsində şəxslərin olması və digər vacib göstəricilər barədə anket formasını tərtib etsin. İşçi anket formasını doldurduqda hər hansı məlumatı əks etdirməzsə, bu zaman məsuliyyət üzərində qalacaq.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
3. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr
4. Vergi uçotu A-dan-Z-yə - VII nəşr
5. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
6. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
7.  Vergi Platforması - I nəşr

0 Komment

    Şərh yazın

    Xəbərlər