İşçinin bir iş günü işə gəlməməsi onun əmək müqaviləsinin xitamına səbəb ola bilər?

İşçinin bir iş günü işə gəlməməsi onun əmək müqaviləsinin xitamına səbəb ola bilər?

Satışına START verilən “Əməyin uçotu: A-dan Z-yə” (IV nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 72-ci, “Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar” maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:
- özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;
Mİsal 1. İşçi hər hansı məlumat vermədən bir gün işə gəlmir. Həmin gün işçi ilə əlaqə saxlamaq mümkün olmur. Növbəti gün də işçinin işə gəlməməsini müəyyən edən işəgötürən qərar verir ki, işçinin əmək müqaviləsinə xitam versin. İşçi uzun müddət işə gəlmirsə və məlumat əldə olunmursa, o halda işçinin yaşayış ünvanına yazılı xəbərdarlıq göndərilə bilər. Amma mümkündür ki, müəyyən müddətdən sonra işçi xəstəlik kağızı təqdim etsin və aydın olsun ki, artıq onun əmək müqaviləsinə xitam verilib. Belə hallarda işçi əmək müqaviləsinin xitamını əsassız hesab edərək Dövlət Əmək Müfəttişliyi Xidmətinə və ya məhkəməyə müraciət edir və əksər hallarda prosesdən qalib ayrılır. İşəgötürən müəyyən iş günləri işə gəlməməsi səbəbindən işçinin əmək müqaviləsinə xitam verdikdən sonra işçi işə çıxmamasının səbəbini xəstə olması ilə (xəstəlik vərəqəsi təqdim etməklə) sübut edirsə, işəgötürən onu işə bərpa etmək məcburiyyətində qalacaq. 
Bu məsələdə 72-ci maddənin “c” bəndində təsbit olunan üzrlü səbəbdən işə gəlməmə hallarını nəzərə almaq lazımdır. Məcəllədə üzrlü səbəbə 3 hal aid edilib:
- özünün xəstəliyi;
- yaxın qohumunun xəstələnməsi;
- yaxın qohumunun vəfat etməsi.
Özünün xəstələnməsi halında işçinin xəstəlik vərəqəsi təqdim etməsi kifayətdir. Maraqlıdır ki, yaxın qohum dedikdə, kimlər nəzərdə tutulur? Əmək Məcəlləsinin 296-cı maddəsinin qeyd hissəsində bildirilir ki, «yaxın qohum» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir.
Bu halda iki məqama xüsusi diqqət yetirmək lazımdır.
Birinci məqam odur ki, işçi üzrsüz səbəbdən işə gün ərzində hətta 10 dəqiqə də gəlməsini sübut edərsə, o zaman işəgötürən işçinin əmək müqaviləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verə bilməz.
İkinci məqam isə, işçinin işə gəlməməsi halının işəgötürənin fəaliyyətinə necə təsir etməsidir. Əmək Məcəlləsinin 71-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
Mİsal. Mühasib vəzifəsində çalışan işçi bir gün üzrsüz səbəbdən işə çıxmadığı üçün işəgötürən onun əmək müqaviləsin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək istəyir. İşəgötürən mütləq olaraq mühasib vəzifəsində çalışan işçinin işə gəlməməsinin iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi əsaslandırsın. Əks halda işəgötürən işçinin Əmək Məcəlləsinin “ç” bəndi ilə xitamı əsaslandıra bilməzsə, fərdi əmək mübahisəsi zamanı məhkəmə tərəfindən işçinin işə bərpa olunması halı ilə rastlaşa bilər.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB (iyun ayında yeni nəşr olacaq)

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - Satışı bitib

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Satışı davam edir

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Satışı davam edir

8. ƏMAS Platforması - 2024 (II nəşr) - 27 may tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - iyunayından satışda

10. Əmək Bələdçisi - 2024 - sentyabr ayından satışda

11.  Vergi Platforması - 2024 - iyun ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - iyun 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - İyun 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər