Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

Ramin Hacıyevin təqdimatında: Məzuniyyətin hissələrə bölünməsi halların tənzimlənməsi

  • Əsas səhifə
  • Məqalələr
  • 0 Komment
  • 05 May 2023

Ramin Hacıyevin təqdimatında: Məzuniyyətin hissələrə bölünməsi halların tənzimlənməsi

İş adamlarını maraqlandıran məsələlərdən biri də məzuniyyətin hissələrə bölünməsi və bu zaman məzuniyyət haqqının ödənilməsi ilə bağlıdır. Mövzunu ENA.az-a “AZLIFT PRO” QSC-nin İnsan Resusrsları şöbəsinin rəhbəri Ramin Hacıyev şərh edib.

Məzuniyyətin hissələrə bölünməsi üzrə:

Azərbaycan Respublikası  Əmək Məcəlləsinin 137-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər. Bu zaman məzuniyyətin bölünmüş hissələrindən birinin müddətinin iki təqvim həftəsindən az olmaması şərti ilə razılığa gəlinir. Maddənin 1-ci hissəsinin şərtinə görə, əmək məzuniyyətinin bölünmüş hissələrindən birinin müddəti iki təqvim həftəsindən, yəni 14 təqvim günündən az olmamalıdır.

Bəzən təcrübədə işçilər məzuniyyətin hissələrə bölünərkən iki təqvim həftəsindən az müddətə bölünərək istifadə edilməsi üçün müraciət edirlər. Bu isə mövcud qanunvericiliyin tələbinə ziddir.

Lakin Beynəlxalq Əmək Təşkilatının “Ödənişli məzuniyyətlər haqqında” 132 saylı Konvensiyasının 8-ci maddəsinin 2-ci bəndinə əsasən, tərəflərin qarşılıqlı razılığı ilə əmək məzuniyyəti iki təqvim həftəsindən az müddətə də hissələrə bölünərək verilə bilər.

Məzuniyyət haqqının ödənilməsi üzrə:

Əmək Məcəlləsinin 140-cı maddəsinin 5-ci bəndinə əsasən, işçiyə məzuniyyət vaxtı üçün orta əməkhaqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Bu hal məzuniyyətə çıxan işçinin məzuniyyətdən daha səmərəli istifadə etməsinə kömək edir. Bəzi hallarda işçilər məzuniyyət haqqının əməkhaqqı ilə birlikdə ödənilməsini tələb edirlər. Belə olan halda Əmək Məcəlləsinin 140.5-ci maddəsinin tələbini pozmamaq üçün işəgötürənlər işçilərin bu tələbini yerinə yetirə bilmir.

Lakin Beynəlxalq Əmək Təşkilatının “Ödənişli məzuniyyətlər haqqında” 132 saylı Konvensiyanın 7-ci maddəsinin 2-ci bəndində işçi və işəgötürənin razılaşmasına  əsasən məzuniyyətə görə ödənişin başqa vaxtlarda verilməsi müəyyən oluna bilər.

Məlumat üçün qeyd edim ki, əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələr də əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlardandır.

Həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir.

Qeyd edək ki, yuxarıda göstərilən hər iki hal üzrə işçi və işəgötürənin qarşılıqlı razılığı işçinin ərizəsinə əsasən deyil, kollektiv müqavilədə və ya əmək müqaviləsində Beynəlxalq Əmək Təşkilatının “Ödənişli məzuniyyətlər haqqında” Konvensiyasının müvafiq maddələrinə istinad etməklə əlavə şərt qeyd edərək həyata keçirilə bilər.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

1. Vergi uçotu A-dan-Z-yə

2. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

3. Əmək Qanunvericiliyi Toplusu 2023

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

7. Mühasibat uçotu 2022

8. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    04 Sentyabr 202614:52

    ƏMAS-da YENİLİK: Elektron xəstəlik vərəqələri üzrə yeni funksionallıq istifadəyə verildi

    04 Sentyabr 202613:51

    Kəmalə Yusifovanın təqdimatında: Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti - Yeni qaydalar

    04 Sentyabr 202610:32

    YENİLİK! Mühasiblərin diqqətinə: Vergi orqanından başqa, digər dövlət qurumu da kameral yoxlama mexanizmi tətbiq edəcək

    04 Sentyabr 202609:32

    10 ilə yaxın çalışan işçi 2 gün işə gəlmədiyi üçün əmək müqaviləsinə 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək olar? (Ali Məhkəmə təcrübəsi)

    Populyar məqalələr

    11 Avqust 202608:05

    YENİ BİLDİRİŞ! ƏMAS Platforması gecə vaxtı çalışan işçilərlə bağlı mühüm xatırlatma tətbiq edir

    14 Avqust 202616:17

    HR-lar üçün ƏLA YENİLİK! Müddətli əmək müqaviləsi olan işçilərin iş yerinə dair arayış problemi həll olunacaq?

    11 Avqust 202607:03

    YENİLİK! ƏMAS platformasında məzuniyyətlə bağlı texniki boşluq aradan qaldırıldı

    02 Sentyabr 202610:45

    ƏMAS platformasında işəgötürən və işçilərin xeyrinə yenilik

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Məqalələr

    ƏMAS-da YENİLİK: Elektron xəstəlik vərəqələri üzrə yeni funksionallıq istifadəyə verildi.

    • 04 Sentyabr 2026

    Sosial

    Kəmalə Yusifovanın təqdimatında: Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti - Yeni qaydalar.

    • 04 Sentyabr 2026

    Vergi işi

    YENİLİK! Mühasiblərin diqqətinə: Vergi orqanından başqa, digər dövlət qurumu da kameral yoxlama mexanizmi tətbiq edəcək.

    • 04 Sentyabr 2026

    Məqalələr

    10 ilə yaxın çalışan işçi 2 gün işə gəlmədiyi üçün əmək müqaviləsinə 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək olar? (Ali Məhkəmə təcrübəsi).

    • 04 Sentyabr 2026

    Məqalələr

    İşçiyə məcburi olaraq işdənçıxma ərizəsi yazdırmaq ehtimalı məhkəmədə necə araşdırılır? (Ali Məhkəmə təcrübəsi).

    • 02 Sentyabr 2026

    Məqalələr

    ƏMAS platformasında işəgötürən və işçilərin xeyrinə yenilik.

    • 02 Sentyabr 2026

    Məqalələr

    İşçinin məzuniyyətdən geri çağrılması zamanı hesablamalar necə həyata keçirilməlidir?.

    • 02 Sentyabr 2026

    Məqalələr

    İş vaxtının cəmlənmiş uçotunda qeydiyyat dövrünün düzgün seçilməsi niyə önəmlidir?.

    • 01 Sentyabr 2026

    Məqalələr

    HR-lar üçün ƏLA YENİLİK! Müddətli əmək müqaviləsi olan işçilərin iş yerinə dair arayış problemi həll olunacaq?.

    • 14 Avqust 2026

    Məqalələr

    YENİ BİLDİRİŞ! ƏMAS Platforması gecə vaxtı çalışan işçilərlə bağlı mühüm xatırlatma tətbiq edir.

    • 11 Avqust 2026

    Məqalələr

    YENİLİK! ƏMAS platformasında məzuniyyətlə bağlı texniki boşluq aradan qaldırıldı.

    • 11 Avqust 2026

    Məqalələr

    ƏMAS Platformasında Növbəti Yenilik: İşçilərin Əmək Müqaviləsinə Xitamla Bağlı Məhdudiyyət (III yazı).

    • 31 İyul 2026

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur