Əmək müqaviləsinə dəyişikliklər çox olduqda, işəgötürən yeni əmək müqaviləsi tərtib edə bilər?

Əmək müqaviləsinə dəyişikliklər çox olduqda, işəgötürən yeni əmək müqaviləsi tərtib edə bilər?

İşçinin vəzifə funksiyalarında, maaşında dəyişikliklər olduqda onun necə rəsmiləşdirilməsi də maraqlı məsələlərdəndir. İşəgötürən eyni vaxtda işçinin vəzifə funksiyalarını, əmək haqqını, məzuniyyət günlərini və s. dəyişir. Bu halda yeni əmək müqaviləsi tərtib olunmalı, yoxsa köhnə əmək müqaviləsi baza sənəd olduğu üçün düzəlişlərin hamısı o sənədin üzərində edilməlidir?

Əmək Məcəlləsinin 46-cı maddəsinin altıncı hissəsinə əsasən, həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənir.
İşəgötürən əmək müqaviləsini yenidən tərtib edəndə məqsədəuyğundur ki, girişdə aşağıdakı məzmunda qeyd aparsın: “Bu əmək müqaviləsi 20XX-ci ilin XX XXXX tarixində bağlanmış əmək müqaviləsinin yenidən tərtib edilməsi məqsədilə hazırlanıb.”
Həmkarlarımıza tövsiyə edirik ki, əmək müqaviləsinə dəyişikliklər çox olduğu halda yeni əmək müqaviləsi tərtib etsinlər.

Növbəti tematik TƏLİMİMİZ:

“Beşgünlük iş rejimindən iş vaxtının cəmlənmiş uçotunadək”
Tarix: 15 oktyabr 2022-ci il saat 15:00
Təlim haqqında ətraflı məlumat üçün "+" işarəsi yazmağınız kifayətdir
Əlaqə vasitələri: 050-368-12-72 (what's up da aktivdir), 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər