Əmək haqqı artımı və ya azalmasının əsasnaməyə təsiri yeni dəyişiklikdə necə nəzərə alınacaq? (5-ci yazı)

Əmək haqqı artımı və ya azalmasının əsasnaməyə təsiri yeni dəyişiklikdə necə nəzərə alınacaq? (5-ci yazı)

Dəyişikliyə qədər Əsasnamənin 39-cu maddəsində qeyd edilirdi ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləliyə və doğuma görə məzuniyyət dövründə işçinin vəzifə maaşı, tarif dərəcəsi dəyişdirilmişdirsə (yüksəldilmişdirsə), onda əvvəl təyin edilmiş müavinətin məbləği vəzifə maaşının, tarif dərəcəsinin yeni (yüksəldilmiş) miqdarını nəzərə almaqla yenidən haqq-hesab edilməlidir.

Baş nazir Əli Əsədovun 19 avqust 2022-ci il tarixli, 320 saylı qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə dəyişikliklər edilib. İqtisadçı ekspert, “Əməyin uçotu: A-dan Z-yə” kitabının müəllifi Anar Bayramov yenilikləri şərh edib:

Qeyd edək ki, haqqında bəhs olunan Əsasnamə işçilərin əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı istinad olunan ən mühüm normativ hüquqi sənəd hesab edilir. Əsasnamədəki yeni dəyişikliklərlə bağlı vacib məqamları diqqətinizə çatdırmaq istəyirik.

Dəyişikliyə qədər Əsasnamənin 39-cu maddəsində qeyd edilirdi ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləliyə və doğuma görə məzuniyyət dövründə işçinin vəzifə maaşı, tarif dərəcəsi dəyişdirilmişdirsə (yüksəldilmişdirsə), onda əvvəl təyin edilmiş müavinətin məbləği vəzifə maaşının, tarif dərəcəsinin yeni (yüksəldilmiş) miqdarını nəzərə almaqla yenidən haqq-hesab edilməlidir.

Əgər uşağa qulluq edilməsinə görə məzuniyyət zamanı (o cümlədən əmək haqqı saxlanılmadan məzuniyyət zamanı) qadın hamiləliyə və doğuma görə məzuniyyətə çıxarsa, onda bu halda da müavinət vəzifə maaşlarının, tarif dərəcəsinin yeni (yüksəldilmiş) miqdarlarını nəzərə almaqla yenidən haqq-hesab edilməlidir.

Misal. İşçi 1 fevral 2021-ci il tarixdə əmək qabiliyyətini 16 günlük itirib. 22 fevral 2021-ci il tarixdə işəgötürən qərar verir ki, işçilərin əmək haqqı 20 faiz artırılsın və bu qərar 1 yanvar 2021-ci il tarixdən tətbiq olunsun. Amma işəgötürən müavinəti hesablayarkən əmək haqqını aşağı dərəcələrlə nəzərə alıb. Əsasnamənin 39-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, işçinin vəzifə maaşı, tarif dərəcəsi dəyişdirilmişdirsə (yüksəldilmişdirsə), onda əvvəl təyin edilmiş müavinətin məbləği vəzifə maaşının, tarif dərəcəsinin yeni (yüksəldilmiş) miqdarını nəzərə almaqla yenidən haqq-hesab edilməlidir.

Qeyd edək ki, əmək haqqı artımının əks halı da Əsasnamədə qeyd edilib.

Əsasnamənin 40-cı bəndinə əsasən,  Əmək qabiliyyətini itirmə, həmin şəxs əmək intizamını pozduğuna görə cəzalandırılıb aşağı maaşlı işə keçirilməsi barəsindəki əmrdən (sərəncam, qərar) sonra, lakin işə başlamalı olduğu gündən qabaq baş vermişsə, onda bu işdə olmalı günlər üçün müavinət həmin işin tarif dərəcəsindən (vəzifə maaşı) hesablanır.

Misal. “A” MMC rəhbərliyi qərar verir ki, işçi əmək intizamını pozduğu üçün aşağı maaşlı başqa işə keçirilsin. Bu hala əsasnamənin 40-ci maddəsində aydınlıq gətirilir. Həmin maddəyə əsasən, əmək qabiliyyətini itirmə, həmin şəxs əmək intizamını pozduğuna görə cəzalandırılıb aşağı maaşlı işə keçirilməsi barəsindəki əmrdən (sərəncam, qərar) sonra, lakin işə başlamalı olduğu gündən qabaq baş vermişsə, onda bu, işdə olmalı günlər üçün müavinət həmin işin tarif dərəcəsindən (vəzifə maaşı) hesablanır.

Məlumat üçün bildirək ki, yuxarıda qeyd etdiyimiz iki halın təcrübədə tətbiq olunmasına demək olar ki, rast gəlinmirdi.

Əsasnaməyə edilən dəyişikliyə əsasən, həm 39-cu həm də 40-cı bəndlər Əsasnamədən çıxarılıb. Beləliklə, əmək haqqının artması və ya azalması hallları müavinətin yenidən hesablanmasına əsas verməyəcək.

 

Növbəti tematik TƏLİMİMİZ:
Əmək müqaviləsinə xitamın əsasları: Əmək qanunvericiliyi və ƏMAS-ın tələbləri
Tarix: 24 sentyabr 2022-ci il saat 15:00
Təlim haqqında ətraflı məlumat üçün "+" işarəsi yazmağınız kifayətdir
Əlaqə vasitələri: 050-368-12-72 (what's up da aktivdir), 012-564-86-85 və ya [email protected]

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat (Satışı bitib)
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat (Satışına start verilib)
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

0 Komment

    Şərh yazın

    Xəbərlər