Sınaq müddəti özünü doğrultmayan işçi ilə bağlı proses necə həyata keçirilməlidir?

Sınaq müddəti özünü doğrultmayan işçi ilə bağlı proses necə həyata keçirilməlidir?

Satışı yekunlaşan “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Sınaq müddəti özünü doğrultmayan işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin hansı maddəsi ilə xitam verilməsinə gəlincə isə, Məcəllənin 53-cü maddəsinin üçüncü hissəsinə əsasən, əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir.

Əmək müqaviləsinin xitamı ilə bağlı işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsinin (İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) “d” bəndinə (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) istinad etməlidir. Sual yarana bilər ki, sınaq müddəti dövründə işçinin əmək funksiyasını kobud pozması halları müəyyən olunarsa, o zaman yenə 70-ci maddənin “d” bəndinə istinad edilməlidir? Fikrimizcə, bu halda 70-ci maddənin müvafiq bəndlərinə istinad etməklə işçinin işdən çıxarmaq mümkündür. Əgər bu hal baş veribsə, o zaman işəgötürən baş verən pozuntunu rəsmiləşdirərək işçinin əmək müqaviləsinə xitam verə bilər. Bu kimi hallarda sınaq müddətinin bitməsini gözləməyə ehtiyac yoxdur.

Sınaq müddətində özünü doğrultmayan işçi ilə bağlı rəsmiləşdirmə necə həyata keçirilməlidir? Məcəllənin 53-cü maddəsinin dördüncü hissəsinə əsasən, sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər.

Maddədən göründüyü kimi, işəgötürən sınaq müddətində özünü doğrultmayan işçi ilə bağlı əmr tərtib etməlidir. Həmçinin həmin əmrdə işçinin sınaq müddətində özünü doğrultmaması əsaslandırılmalıdır. Əsaslandırma zamanı işçinin funksional rəhbərinin təqdimatı, qiymətləndirmə forması və digər sənədlərdən istifadə etmək məqsədəuyğundur. Bu barədə “A-dan Z-yə Kargüzarlıq” kitabında müvafiq sənədləşmə qaydası ətraflı şəkildə təqdim olunub.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45 (40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın