İstirahət günləri müəyyənləşdirilərkən hansı məqamlara diqqət yetirmək lazımdır?

İstirahət günləri müəyyənləşdirilərkən hansı məqamlara diqqət yetirmək lazımdır?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 104-cü, “İstirahət günləri” maddəsinin birinci hissəsinə əsasən, hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində iki gün, altıgünlük iş həftəsində isə bir gün olmalıdır. 

Maddədən göründüyü kimi, həmin istirahət günlərinin mütləq şənbə və (və ya) bazar günləri olması haqqında da qanunvericilikdə hər hansı tələb yoxdur. Misal üçün, əksər notariuslar istirahət günlərini həftənin bazar və bazar ertəsi günlərinə salırlar. Fikrimizcə, burada da hər hansı qanun pozuntusu yoxdur.

İş vaxtının cəmlənmiş uçotunun tətbiqi zamanı yanaşma fərqli ola bilər. Əmək Məcəlləsinin 104-cü maddəsinin ikinci hissəsinə əsasən, iş vaxtının cəmlənmiş uçotu zamanı istirahət günləri, həmkarlar ittifaqları təşkilatı ilə razılaşdırılmış növbə cədvəlinə uyğun olaraq verilir. Həmkarlar ittifaqları təşkilatı olmayan iş yerlərində isə bu qayda əmək müqaviləsi ilə tənzimlənir.

Mİsal 1. İşəgötürən dənizdə işləyən və iş vaxtının cəmlənmiş uçotu tətbiq edilən işçilər üçün 14 gün ardıcılıl iş və istirahət rejimi tətbiq edir. Həmin iş rejiminə əsasən, işçilər hər gün  dənizdə yerləşən iş yerlərində 14 gün ardıcıl işləyirlər. Qeyd etdiyimiz kimi Əmək Məcəlləsinin 103-cü maddəsinin tələblərinə uyğun olaraq növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır. İşəgötürən 14 gün ardıcıl işlədikdən sonra 14 gün istirahət edir. Öncəki maddələrdə qeyd etdiyimiz iş rejiminin bu cür tətbiqi növbə cədvəli, kollektiv və ya əmək müqaviləsi ilə tənzimlənir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın